26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Futbol və Sağlam Həyat" adlı layihə 35 saylı orta məktəbdə keçirilib

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Futbolxeber.az-ın məlumatına görə, layihə bu dəfə Sumqayıtın 18-ci mikroroyanda yerləşən 35 saylı orta məktəbdə baş tutub. Tədbirdə 35 saylı orta məktəbin şagirdləri ilə yanaşı 36 və 41 saylı orta təhsil ocağının da şagirdləri də iştirak edib. Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt əvvəlcə şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Ardınca əvəzedici komandanın baş məşqçisi Samir Abasov şagirdlərlə sual-cavab oyunu keçirib və qaliblərə hədiyyələr də təqdim edib. Tədbirdə həmçinin "Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi İlham Zamanov da iştirak edib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nun idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

Sonda xatirə şəkli çəkdirilib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30