27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Robert Prosineçki: “Həmin oyunda biləcəyəm ki, hansı səviyyədəyik”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Futbolxeber.az saytına müsahibə verib.

- Sumqayıtda "Futbol və Sağlam Həyat" layihəsinə start verildi. Layihənin təqdimat mərasimində siz də iştirak etdiniz. İlk öncə elə bu layihə ilə bağlı fikirləriniz bilmək istərdik.

- Bu tədbirdə iştirak etdiyim üçün çox şadam. Dəvətə görə “Sumqayıt” klubuna minnətdaram. İnanıram ki, bu gün tədbirdə iştirak edən məktəblilər arasında gələcəyin futbol ulduzları da var. Futbol elə bir idman növüdür ki, onun haqqında saatlarla danışmaq olar. Qısaca deyim ki, futbol milyonların sevimli oyunudr. Bu gün “Sumqayıt”da milliyə namizəd futbolçular var. İnanıram ki, gələcəkdə bu layihədən də istedadlı gənclər üzə çıxacaq və onlar da milliyə namizəd olacaqlar.

- Milliyə namizəd olan “Sumqayıt”lı futbolçulardan danışdınız. Son zamanlar intizamsızlığa yol verən və əsas heyətdən kənarda qalan Andrey Popoviçin Norveçlə oyuna dəvət almayacağını söyləmək mümkündür?

- Sözsüz ki, nizam-intizamı pozan oyunçunu millidə görə bilmərsiz. Məşqə, oyuna çıxmayan futbolçunu yığmaya dəvət etmək düzgün deyil.

- Son zamanlar Azəbaycanda əksər klubların maliyyə problemi var. Bu məqam sizi narahat edir?

- Bəzi klublarda maliyyə problemininin yaşanmasından xəbərim var. Bilirəm ki, ”Bakı”, “İnter” və “Simurq”da çətinliklər movcüddur. Ümid edirəm ki, bu məsələ tezliklə həll olunacaq. Çempionat zəifləyəndə milli də zəifləyir.

- Klublardakı bu problem Norveçlə oyunda yığma üzvlərinin motivasiyasına təsir göstərə bilər?

- İnanıram ki, problemlər tezliklə aradan qalxacaq. Futbolda pul lazımdı. Pulsuz klub saxlamaq çətindi. Ümid edirəm ki, bu amil millinin oyununa təsir göstərməyəcək.

- Malta ilə oyunla müqayisədə Norveçlə matçda milli komandamızda yenilik gözləmək mümkündür?

- Bunu demək hələ tezdi. Çempionatın sonuna hələ 3 tur var. İnanıram ki, millinin heyətində zədə ilə bağlı heç bir problem olmayacaq. Norveçlə görüşdən öncə iyunun 7-də də bizi maraqlı oyun gözləyir. Son zamanlar bir qədər zəif çıxış etməsinə baxmayaraq, Serbiya güclü komandadır. Həmin oyun mənə çox şey açıqlayacaq. Norveçlə görüşdən isə yaxşı oyun və nəticə gözləyirəm.

- Serbiya ilə oyunda sizin üçün nəticə, yoxsa oyunçuları yoxlama daha vacibdir?

- Futbolda nəticə önəmlidir. Məşqçi istəyir ki, hər oyunda yaxşı nəticə qazansın. Amma Serbiya ilə matçda mənim üçün futbolçularımı sınaqdan keçirmək daha vacibdir. Həmin oyunda biləcəyəm ki, hansı səviyyədəyik.

- Yoxlama oyununda Serbiyanın rəqib qismində seçilməsi nədən irəli gəlir? Axı, Balkan və Skandinaviya oyun tərzləri bir-birindən fərqlənir...

- Rəqib axtaranda oyun tərzinə fikir vermirəm. Əsas odur ki, güclü rəqib olsun. Güclü komandalardan da həmin vaxt Serbiya boş idi. Buna görə də razılıq verdim. Həmin matçdan sonra 5 gün vaxtımız olacaq və Norveçlə görüşə istədiyimiz kimi hazırlaşa biləcəyik.

- Mətbuatda “Neftçi”nin yarımmüdafiəçi Mirhüseyn Seyidovun əvəzedici heyətə göndərilməsinə təəssüflənməyiniz haqda yayılan xəbər nə dərəcədə düzgündür?

- Bu xəbərin hardan qaynaqlandığını bilmirəm. Mən belə açıqlama verməmişəm. Bunu ilk dəfədir ki, eşidirəm. Seyidovun əvəzedici heyətə göndərilməsinə görə təəssüflənməmişəm. “Neftçi”nin oyunlarını görürük. Bu komanda ilə heç bir problemim yoxdur. Bir müddət əvvəl “Neftçi”nin baş məşqçisi, idman direktoru ilə görüşümüz oldu. Bütün sualları müzakirə etdik. Futbolçu meydana çıxanda yığmaya qadir olduğunu sübuta yetirməlidir. Bu, tək “Neftçi”nin futbolçuları yox, hamıya aiddir. Qarşıda 3 tur var ki, özlərini göstərsinlər.

- Əsas millidən fərqli olaraq, U-21-in Avstriya toplanışının ləğv olunması sizin planlarınıza təsir göstərməyəcək?

- U-21 planını milliyə əsasən qurur. O heyətdən kim lazım olsa, milliyə gələcək. U-21-in baş məşqçisi Yaşar Vahabzadə ilə çox yaxşı münasibətimiz var. Hər gün görüşüb söhbətləşirik. Yaşar müəllim də istər ki, U-21-in üzvləri əsas millidə təcrübə toplasınlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30