27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Millimizin baş məşqçisi Futbolxeber.az-ın özəl xəbərini təsdiqlədi

5 gün əvvəl Futbolxeber.az saytı özəl olaraq Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avstriyada keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışının ləğv olunduğunu yazmışdı (http://www.futbolxeber.az/news/country/21241). Artıq bu xəbər rəsmən təsdiqini tapıb. Belə ki, U-21-in baş məşqçisi Yaşar Vahabzadə apasport.az saytına açıqlamasında Avstriyadakı toplanışın alınmadığını, Danimarkada hazırlıq keçmək planlarının olduğunu bildirib: “Hazırda danışıqlar gedir. Toplanışın Danimarkada baş tutmaq ehtimalı çoxdu. Bilirsiz ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində gələn ay Farer adaları ilə qarşılaşacağıq. Maraqldı ki, bu ölkəyə təyyarə yalnız Danimarkadan gedir. Elə bu səbəbdən də Danimarkada toplanış keçmək məqsədəuyğun olardı”.

Avstriya toplanışı kimi, Çexiya ilə nəzərdə tutulan yoxlama görüşü də təxirə salınan U-21 Farer adaları ilə matçdan öncə mütləq yoxlama oyunu keçirəcək. Vahabzadənin sözlərinə görə, gənclər millimizin rəqibi yığma komanda yox, klub olacaq: “İstəyirik ki, Danimarka klublarından biri ilə qarşılaşaq. Toplanış hansı ölkədə olursa, oranın komandası ilə oyun keçirmək daha rahatdı. İndiki vəziyyətdə yığmalardan biri ilə yoxlama matçı keçirə bilmərik. İstəyirdik Çexiya ilə qarşılaşaq, o da alınmadı. Hazırda Danimarkanın klubları ilə danışıqlar gedir. Farer adaları ilə rəsmi matçdan öncə mütləq yoxlama görüşündə gücümüzü yoxlayacağıq”.

Qeyd edək ki, U-21-in Farer adaları ilə oyunu iyunun 15-nə təyin olunsa da, qarşı tərəf UEFA-ya müraciət edərək, matçın 2 gün sonraya salınmasını xahiş edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30