26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Bu kluba keçəcəyimi 7-8 ay öncədən qətiləşdirmişdim”

“Qarabağ” məni çoxdan istəyirdi. Təklif gəldi, razılaşdım. Sevinirəm ki, bu cür komandanın formasını geyinəcəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yeni transferi Azər Salahlı deyib.

Mövsümün sonunda “İnter”i Ağdam klubuna dəyişəcək gənc müdafiəçi bununla bağlı fikirlərini bölüşüb. Azər “Qarabağ”a keçidində “İnter”də yaranmış maliyyə böhranının rol oynamadığını qeyd edib: “Təklifi qəbul etməyimə “İnter”in hazırkı durumu təsir etmədi. “Qarabağ”a keçəcəyimi 7-8 ay öncədən qətiləşdirmişdim. Həmin vaxt “İnter”də maliyyə böhranı yox idi. Yəni, “Qarabağ”ın təklifini “İnter”dəki maliyyə probleminə görə qəbul etdiyimi demək olmaz”.

Salahlı Ağdam klubunda əsas heyətə düşmək üçün albaniyalı müdafiəçi Ansi Aqolli ilə rəqabətdən qalib ayrılmalıdı. Azərin özü də işinin çətin olacağını anlayır: “Bilirəm ki, “Qarabağ”da müdafiənin solunda Aqolli kimi təcrübəli futbolçu çıxış edir. Rəqabətə hazıram, amma unutmayaq ki, hələ cavanam. Aqolli ilə birdən-birə rəqabət apara bilmərəm. Yəqin ki, müəyyən vaxt keçəndən sonra buna hazır olacam. Qurban Qurbanov gənclərə şans verən məşqçidi. Bundan əlavə, həm də yaxşı insandı. İnşallah, şans verər, mən də özümü doğruldaram”.

21 yaşadək futbolçulardan ibarət yığmanın kapitanı olan Azər tezliklə əsas milliyə dəvət almaq arzusundadı: “Qarabağ”a keçidim yəqin ki, millidəki karyerama müsbət təsir edər. Əsas yığmada müdafiənin sol cinahında problem var. Mən 17, 19 və 21 yaşlı yığmaların hamısında çıxış etmişəm. Yavaş-yavaş əsas milliyə də dəvət almaq istərdim. Robert Prosineçki Antalya toplanışında oyunumu izləyib. Haqqımda nəsə dediyini eşitməmişəm. Özüm də dərk edirəm ki, milliyə çağırılmaq üçün ilk növbədə, klubumda əsas heyət oyunçusu olmalıyam. Odu ki, “Qarabağ”ın əvəzedici heyətində deyil, əsas heyətində oynamalıyam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30