27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”

Bu mövsümün sonunda “Qarabağ”dan heç bir futbolçu göndərilməyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu haqda Qol.Az saytına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

“Onsuz da heyətimiz geniş deyil. “Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”.

O bildirib ki, müqaviləsi başa çatan oyunçulara yeni müqavilə təklif olunacaq.

Q.Qurbanov yay transfer pəncərəsində əsasən hücum xəttinə oyunçu almaq istədiklərini söyləyib. Onun sözlərinə görə, başqa mövqelərdə çıxış edən futbolçular da var ki, maraq dairələrindədir.

Ağdam klubunun çalışdırıcısı həmin futbolçuların adlarını açıqlamasa da, onların legioner olduğunu deyib. Qurban Qurbanov ümumiyyətlə, yay transfer pəncərsində yerli futbolçu almayacaqlarını söyləyib.

Onun sözlərinə görə, “Qarabağ”a tələblərinə cavab verən azərbaycanlı futbolçuların öz klubları ilə müqavilələri var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30