26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Xəzər Lənkəran” “Sumqayıt”la oyuna hazırlaşır

Milli komandamızın AVRO-2016 nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada verilən fasilə başa çatır. Futbolxeber.az-ın məlumatına görə, aprelin ilk günündə milli çempionatın XXVII turu çərçivəsində “Xəzər Lənkəran” doğma meydanda “ Sumqayıt”ı qonaq edəcək. Lənkəran təmsilçisi artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir və hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir. Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.

Xatırladaq ki, aprelin 1-də saat 17.00-da start götürəcək “Xəzər Lənkəran”- “ Sumqayıt” matçı “ Xəzər Lənkəran” Tv vasitəsilə canlı yayımlanacaq.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30