27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Sivakov: “Bizim üçün “Qarabağ”la oyunda qələbə çox vacibdir”

Azərbaycan Premyer Liqasının fevralın 28-də keçiriləcək XXIV turunda “Qəbələ” “Qarabağ”la qarşılaşaсaq. Futbolxeber.az-ın məlumatına görə, ötən tur “Xəzər Lənkəran” üzərində əzmkar qələbə (3:1) qazanan “qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır. “Qəbələ”nin belaruslu müdafiəçisi Mixail Sivakov qarşıdakı görüşlə bağlı fikirlərini gabalafc.az-la bölüşüb: “Çempionatın lideri ilə qarşılaşacağıq. Bu üzdən futbolçuların əlavə köklənməsinə ehtiyac yoxdur. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram. Rəqibimizin “Dnepr”lə hər iki oyununu izləmişdim. Güclü komandaya qarşı oynayacağıq. Bizim üçün bu oyunda qələbə çox vacibdir. Nəzəri hazırlıq zamanı onların oyununu daha dərindən təhlil edib, güclü və zəif tərəflərini üzə çıxaracağıq. Ötən turda qalib gəlməyimiz yaxşı oldu. “Qarabağ”la görüşə yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Qazanılan hər qələbə təkcə hesabımıza xallar gətirmir, həm də özünəinamı artırır. Hesab edirəm ki, “Qarabağ”la oyunda nəticə qazanmaq gücümüzə görədir. Bunun üçün kollektiv oyun göstərməli, bir-birimiz üçün mübarizə aparıb, gücümüzü ortaya qoymalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30