27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Namiq Məstanov: “Turan” - “Neftçi” oyunu ilə bağlı həqiqətən də şübhələr var idi”

“Turan Tovuz” idman klubunun prezidenti Namiq Məstanov AFFA-nın baş katibi Elxan Məmmədovun ölkə mətbuatına verdiyi müsahibədə bir neçə il əvvəl baş tutan “Turan” - “Neftçi” oyununun danışılmış olması barədə fikirlərinə münasibət bildirib. N.Məstanov Futbolxeber.az saytına verdiyi açıqlamada qeyd edib ki, həmin vaxt baş katib kimi bir çoxları da oyunun nəticəsindən şübhələnib: “Həmin vaxt mən AFFA-da çalışırdım. Bununla belə, futbolun içində olan adam kimi məndə də şübhələr var idi. Elxan Məmmədovun sözlərində müəyyən qədər həqiqət var. Çünki həmin vaxt bir çoxları oyunun nəticəsindən şübhələnmişdi. Buna görə də federasiyada xüsusi komissiya yaradıldı. Bu məsələ geniş şəkildə araşdırıldı. Amma sonda şübhələr təsdiqini tapmadı. Elə buna görə də tərəflərdən heç biri cəzalanmadı. Ümumiyyətlə, şübhəli oyunlar çox olub. “Turan” - “Neftçi” matçında ilk yarıdan sonra meydan sahibləri 2:0 hesabı ilə öndəydi. Amma fasilədən sonra “Neftçi” 3 qol vurmaqla qələbə qazandı. Bununla bağlı böyük ajiotaj yaranmışdı. Lakin futbol 90 dəqiqə oynanılır. Bir dəfə “Göyəzən”lə oynayırdıq. Artıq 10-cu dəqiqədə qapımızda 2 qol görmüşdük. Sonda isə 6:2 hesabı ilə qalib gəldik. Bu o demək deyil ki, “Göyəzən” oyunu “Turan”a qəsdən uduzdu. Onu da əlavə edim ki, hazırkı “Turan Tovuz” klubu həmin komandanın varisi deyil”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30