27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Millimizin məşqçiləri və Məşqçilər Komitəsi faciə qurbanlarını yad edib

Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.

Xatırladaq ki, millimizin məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30