27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Simurq" "Dila"nı sınağa çəkəcək

 

 

"Simurq" DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yola düşəcək. Futbolxeber.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda 22-dən 24-nə qədər qonşu ölkədə məskunlaşacaq və bir yoldaşlıq görüşü keçirdəcək. Zaqatala təmsilçisinin rəqibi hazırda daxili çempionatlarında ikinci pillədə qərarlaşan "Dila" klubu olacaq. Qarşılaşma martın 23-də, saat 16:00-da Tiflis şəhərində keçiriləcək.    
 
Qeyd edək ki, "Simurq"un rəqibi hazırda Gürcüstan çempionatında çempionluğa real namizədlərdən biridir. Bu komanda lider "Dinamo"dan 3 xal geri qalır. "Dila" klubu ötən mövsümdə uğurlu çıxış etmişdi. Qori təmsilçisi Avropa Liqasının play-off mərhələsində Portuqaliyanın "Maritimo" klubuna məğlub olaraq turnirdən uzaqlaşmışdı. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30