26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Nikolay Adam: “Futbolçularım turnir boyu ürəklərini meydanda qoydular”

“Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Belarusla oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi komandası yaradılan şəraitə görə AFFA rəhbərliyinə minnətdarlıq edib: “Azərbaycan millisinin Sankt-Peterburqdakı ən yaxşı nəticəsinə imza atdıq. Bu nəticəyə görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz. Futbolçularım turnir boyu ürəklərini meydanda qoydular”.  

Adam oyunun sonunda qapıçı dəyişikliyi etməsinə də münasibət bildirib: “Sərəncamımda 2 yaxşı qapıçı var. Ötən il də burada qapıçı dəyişikliyi etmişdik və bu, bizə uğur gətirmişdi. Bu gün də eyni addımı atdıq. Üümumiyyətlə, meydana buraxdığım qapıçı penalti seriyasında usta sayılır. Bütün bunlarda komandamızın qapıçılarla işləyən məşqçisinin də böyük rolu var. Onu 4 ildir tanıyıram. Daim öz üzərində çalışır. Geridə qalan müddətdə bütün seminarlara qatılıb”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30