27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Hafiz Məmmədov təlimat verdi: “Bakı” mövsümün ikinci yarısında daha yaxşı çıxış etməlidir”

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovla komandanın Azərbaycan Premyer Liqasındakı çıxışı müzakirə olunub. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, ötən gün keçirilən görüşdə H.Məmmədov komandanın mövsümün ikinci yarısında daha yaxşı çıxışına dair təlimatlar verib. Y.Seyidov bildirib ki, klub prezidenti qış fasiləsindən sonra meydanda daha fərqli "Bakı"nın olacağını deyib: "Söhbət heyətə güclü futbolçuların cəlb olunmasından getmir. Biz azsaylı legionerlərlə heyətimizdə üstünlük təşkil edən yerli və gənc futbolçuların vəhdətini yüksəldəcəyik. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirməyimiz də gündəmdədir. Bu məsələyə tezliklə aydınlıq gələcək".

Vitse-prezidentin fikrincə, artıq "Bakı"nın 23 yaşadək futbolçularını mövsümün əvvəllərində olduğu kimi, başqa klubların ələ keçirməsi mümkün olmayacaq. Gəncləri komandada saxlamaq fikrində olduqlarını deyən Y.Seyidov "Digər klublar futbolçularımızı istəsələr, ilk növbədə, bizimlə danışıqlar aparmalıdırlar. Sərfəli təklif olsa, klubun da mənafeyi nəzərə alınmaqla, futbolçularımızın digər komandalara keçidində heç bir problem olmayacaq" söyləyib.

Qeyd edək ki, "Bakı" mövsümün ilk yarısını 9 komanda arasında sonuncu pillədə başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30