26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Tuyqun Nadirov: “Böyük ehtimalla, klub prezidenti Oğuz Çətinin istefasını qəbul edəcək”

“Oğuz Çətin baş məşqçi vəzifəsindən istefa verib. Onun bu qərarı bizim üçün gözlənilməz oldu. İstefanın qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma böyük ehtimalla, klub prezidenti istefanı qəbul edəcək”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi komandanın yeni baş məşqçisinin Yunis Hüseynov olacağı haqdakı iddialara da cavab verib: “Komandamızın yeni baş məşqçisinin kim olacağını hələ deyə bilmərəm. Çünki istefa gözlənilməz olduğundan hansısa axtarışlara başlamamışıq. Amma yeni baş məşqçimiz Yunis Hüseynov olmayacaq. O, klubun idman direktorudur və öz vəzifəsində də qalacaq”.

QEYD: Tuyqun Nadirovun geniş müsahibəsi ilə irəliləyən saatlarda Futbolxeber.az saytında tanış ola bilərsiz.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30