19 Sentyabr 2019, Cümə axşamı
Mariya Stadnik dünya çempionu oldu
4-cü turun rəmzi komandası
Turun ən yaxçısı - Beqoviç
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Səlahət Ağayev: “Neftçi”nin qol vurduğu epizodda anlaşılmazlıq yarandı” (Müsahibə)

“İnter”in qapıçısı Səlahət Ağayev “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” üzərində əzmkar qələbə qazandığınız qarşılaşma haqda nə deyə bilərsən?

- Oyuna yaxşı başlamışdıq. Üstünlük tərəfimizdə olsa da, hesabı “Neftçi” açdı. Amma tez toparlandıq. Kollektiv oyun sayəsində qələbə qazandıq.

- İkinci hissədə oyunun ssenarisinin dəyişməsini əvəzetmələrlə bağlamaq olar?

- Hə, əvəzetmələrdən sonra oyuna qoşulan futbolçular sanki komandaya güc verdi. Bundan sonra daha yaxşı oynadıq.

- Necə düşünürsən, buraxılan qolda səhvə yol vermişdin?

- Komanda qol buraxırsa, bu, qapıçının səhvi hesab olunur. “Neftçi”nin qol vurduğu epizodda anlaşılmazlıq yarandı. Bir qədər duruxa-duruxa qaldım. Fikirləşdim ki, ofsayd qeydə alınacaq. Amma hakimlər fərqli qərar qəbul etdilər.

- İkincilik uğrunda mübarizəni nəzərə alsaq, “Neftçi” ilə oyunu 6 xallıq matç kimi dəyərləndirmək olar?

- Həqiqətən də matçın nəticəsi turnir cədvəlindəki mövqeyimizə ciddi şəkildə təsir edəcəkdi. Üç xalı biz qazanacağımız təqdirdə, ən azı ikinci pilləyə yüksələcəkdik. Bunu da bacardıq.

- Qarşıdan “Qəbələ” ilə oyun gəlir…

- Hazırlaşmaq üçün vaxtımız azdır. Maraqlı oyun olacaq. “Qəbələ”də baş məşqçi dəyişkliyi olduqdan sonra komanda, daha yaxşı oynayır. Bizim də “Neftçi” ilə qarşılaşmadan qalib ayrılmağımız yaxşı oldu. Səfərə qalib əhval-ruhiyyədə yollanacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30