27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Çox istəyirəm ki, doğma azarkeşlərimiz önündə məğlub olmayaq”

Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində sabah “İnter”i qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, Qurbanov ilk öncə qarşılaşma haqda fikirlərini açıqlayıb: “Sabah bizi çox mühüm oyun gözləyir. Qrupun son oyunudur. Bu səbəbdən də məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün oyunumuzu göstərək. Çox istəyirəm ki, doğma azarkeşlərimiz önündə məğlub olmayaq. Bunu bütün futbolçularımız istəyir. Rəqibin oyun sistemində bir qədər dəyişiklik olub. Bu, yeni baş məşqçi ilə bağlıdır. Bu, bizim oyunumuza mane ola bilər. Bütün bunlara baxmayaraq çalışacağıq ki, azarkeşləri və sizləri sevindirək”.

Qurbanov Bədavi Hüseynovun durumunun qeyri-müəyyən olduğunu qeyd edib: “O, bu gün komanda ilə məşqə çıxdı. Onun oynayıb-oynamayacağı sabah bilinəcək. “İnter” əsas heyətlə oynasaydı, bizim üçün daha rahat olardı. Çünki onların hər birini tanıyırıq”.

Qurbanov qələbə haqda düşündüklərini gizlətməyib: “Ancaq qələbə haqda düşünsək, yanılarıq. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməyə çalışırıq. Bəzən bacardığımızdan artığını edirik, bəzən isə istədiyimiz alınmır. “İnter”lə “Qarabağ”ı hərtərəfli müqayisə etsək, rəqibin çox üstün olduğunu gösrərik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30