27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Bakı”nın futbolçusu mənə qarşı iki təhrikedici hərəkət elədi və emosiyalarımı cilovlaya bilmədim”

"Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.

“Bakı” ilə yoxlama oyununda Nurlan Novruzova dirsək atdığına görə meydandan qovulan paraqvaylı futbolçu, klubun rəsmi saytına açıqlamasında insidentlə bağlı üzrxahlıq edib: “Hazırlıq oyunu olmasına baxmayaraq belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30