Ölkə futbolu
Qurban Qurbanov: “İndidən durub fikirləşsəm ki, millidən təklif gəlsə, nə edəcəm, bu düz çıxmaz”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lent.az-a müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, o, müsahibəsində millinin son oyunu, yığmanın baş məşqçisi postuna namizədliyi və digər məsələlərlə bağlı danışıb.
- Millinin son məğlubiyyətlərindən sonra sabiq baş məşqçi Berti Foqts futbolçuların fiziki hazırlığından narazı qalıb və buna görə klubları günahlandırmışdı. Xorvatiya ilə görüşdə “Qarabağ”ın 4 futbolçusu əsas heyətdə yer almışdı. Həqiqətənmi, onların fiziki hazırlığı yerində deyildi? Ümumiyyətlə, Foqtsun bu fikrinə münasibətiniz necədir?
- Kollektiv idman növləri fərdi idman növləri ilə müqayisədə daha çətindir. Biz indi-indi istəyirik ki, Avropa səviyyəsində futbol oynayaq. Avropa klubları, yığmaları bizim indi keçdiyimiz yolu 30-40 il əvvəl keçiblər. Onlar daima yenilik axtarırlar və irəliləyirlər. Biz isə, demək olar ki, sıfırdan başlamışıq. Hələ də stadionlarımıza azarkeş yığa bilmirik. Hələ də hər klubun öz stadionu, bazası yoxdur. Bunlar yoxdursa, biz nə tələb edə bilərik? Son illərdə futbolumuza qayğı və diqqət artırılıb. Ölkə başçısının 10 illik proqramından sonra inkişaf başlayıb. Biz də başa düşürük ki, çatışmazlıqları düzəltmək, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bunların hamısını formalaşdırmaq üçün aşağıdan başlamalıyıq. Bir qədər də dərinə getsək, görərik ki, bizim öz idman həkimlərimiz, fizioterapevtlərimiz yoxdur. Bunların hamısı futbolun inkişafı üçün vacibdir. Azarkeşlərimiz stadionları doldurmalıdırlar ki, bizim aramızda daha da yaxın münasibət olsun. Ən asan yoldur çıxıb demək ki, bizim futbolumuz yoxdur, stadionlara getmirik. Futbol mövzusu son vaxtlar çayxana söhbətinə çevrilib. Hara gedirsən gah hakimi, gah da başqalarını günahlandırırlar. Mən boynuma alıram ki, çatışmayan cəhətlərimiz çoxdur. Bəzən biz uğur əldə etmək üçün tələsirik. Hansısa futbolçu hazır deyil və ya digər tipli sözlərə ciddi baxmıram. Hər kəs öz fikrini bildirir, məğlub olanda nəsə deməlidir. Mən isə çalışıram ki, daim günahı, səhvi özümdə axtarım. Futbolçuma iradım olanda belə, bunu ona ancaq öz kollektivimizin içində deyirəm. Azərbaycan futbolu indi-indi Avropada tanınmağa başlayıb. Hələ görüləsi işimiz çoxdur.
- Foqtsun istefasından sonra adınız yenidən milli ilə birgə hallanmağa başlayıb. Sosial şəbəkədə xeyli insan yığmanın baş məşqçisi postunda sizi görmək istədiyini bildirir. İndiki məqamda belə bir təklif gəlsə, qəbul edərsiniz?
- Dünya futbolunda da belədir ki, azarkeşin hansısa futbolçuya və ya məşqçiyə simpatiyası var. Ola bilsin, azarkeşlər mənim gördüyüm işi bəyənirlər. Amma milliyə tam başqa cavabdeh şəxslər var. Yığma komanda tam başqa qurumdur. Klub başqadır, milli başqa. Yığmaya cavabdeh insanlar var ki, onlardan nəticə tələb olunur. Bilirəm ki, sosial şəbəkələrdə mənim adımı yığma ilə birgə çəkirlər. Amma indiki halda, bu cür söz-söhbət mənim işimə ancaq mane ola bilər. Qarşıda oyunlar var. İndidən durub fikirləşsəm ki, millidən təklif gəlsə, nə edəcəm, bu düz çıxmaz. Kənardan elə başa düşərlər ki, mən yığmanın məğlubiyyətinə sevinmişəm, təklif gözləyirəm. Böyük hesablı məğlubiyyətlə hər komanda üzləşə bilər. İkincisi də indiki məqamda AFFA-dan mənə təklif gəlməyib. Gələndən sonra cavab vermək olar.
- Bəlkə sizin adınızı milli ilə bilərəkdən hallandırırlar. Yəni hansı cavab verəcəyinizi öyrənmək üçün...
- Mən belə düşünmürəm. Uğursuzluğumuz həmişə olub. Foqtsun seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Bir də son oyunlarımızı çox güclü iki komandaya qarşı keçirmişik.
- Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra belə bir fikir də ortaya atıldı ki, futbolçular Foqtsun torbasını tikdilər. Sizcə, belə bir şey mümkündürmü?
- Mənim oynadığım vaxtlarda da bu söhbətlər olub. Həmin fikri səsləndirənlər futbolumuzu istəməyənlərdir. Bu cür fikir yürütmək ümumiyyətlə düzgün deyil.
- Rəşad Sadıqovun avtoqol müəllifi olması həmin söhbətlərin yayılmasına təkan verdi...
- Bu, kiçik düşüncəsi olan insanların fikridir. Onda Kyellini də bizimlə oyunda öz qapısına qol vurdu ki, Antonio Konteni yola salsın? Düzdür, sonradan 2-ci qolu da vuraraq, komandasına qələbə qazandırdı. Belə fikirlərə reaksiya versək, düzgün işləyə də bilmərik. Oynadığım vaxt mənim özümə də belə şeylər deyiblər. Hamısı boş fikirlərdir. Rəşada özümdən çox inanıram. Bəlkə də o, məndən daha möhkəm, daha təmizdir. Məncə, həmin fikri ortaya atanlar da Rəşadı yaxşı tanıyırlar. Onlar bilirlər ki, Rəşad belə şeylərə getməz. Sadəcə, onu nüfuzdan salmaq üçün bu cür söz-söhbət ortaya atırlar.
- Rəşadın son vaxtlar formadan düşdüyü deyilir. Siz bu fikirlə razısınızmı?
- Klubun içində nələr olur, futbolçu nə cür hazırlaşır, bunu azarkeş görmür. Rəşad yığmanın ABŞ-la oyunu öncəsi zədələnmişdi. Demək olar ki, 2 ay bu insan zədəsini sağaltmaqla məşğul oldu. İndi-indi öz formasını yığmağa başlayır. Rəşad kimi futbolçuya həmişə ehtiyac var. Öz oyun bacarığı, təcrübəsi ilə komandaya çox kömək edir. Rəşad bundan sonra 5 il də yaxşı oynasa, yenə o cür fikirlər olacaq.
- Xorvatiya ilə oyunun birinci hissəsindəcə Qara Qarayev əvəzləndi. Sizcə, bu nə ilə bağlı oldu? Qara ilə bu barədə söhbət etdinizmi?
- Açığı, onunla bu barədə danışmamışam. Yəqin baş məşqçi oyunda dəyişiklik etmək istədi. Foqts ilk hissənin ortalarında taktiki dəyişiklilərə al atdı. Görünür, bununla bağlı olub.
- Bəs avtoqolla bağlı Rəşadla danışdınızmı?
- Bu barədə ümumiyyətlə danışmaq lazım deyil. Hətta dünyanın bir nömrəli futbolçuları da öz qapılarına qol vurublar. Hansı futbolçu istəyər ki, meydanı böyük hesablı məğlubiyyətlə tərk etsin?
- Haqqınızda gəzən söz-söhbətlər, müsbət və ya mənfi fikirlər sizə necə təsir edir?
- İnsanların yanaşması fərqlidir. Təcrübəm artdıqca adi yanaşıram bu fikirlərə. Amma məşqçiliyə təzə-təzə başlayanda əsəbiləşirdim. İndinin özündə də bəzi şəxslər olur ki, onların fikirləri adama təsir edir.
- Avropadan fərqli olaraq, bizdə azarkeş mədəniyyəti formalaşmayıb. Məğlub vəziyyətə düşəndə insanlar stadionu tez tərk edirlər. Bu sizə necə təsir edir?
- Həqiqətən də, pis təsir edir. Biz “Visla”nı Bakıda məğlub edəndə stadiona 30 min azarkeş toplaşmışdı, boş yer, demək olar ki, yox idi. 3 gün sonra çempionatda “Neftçi” ilə oyuna çıxdıq. Fikirləşdim ki, aşağısı 10 min adam həmin oyuna baxmağa gələcək. Amma 2 komandanın birlikdə 300 azarkeşi var idi. Futbolçular meydana çıxanda birdən-birə həvəsdən düşdülər. Azarkeşlərin daim stadionda olması futbolun inkişafı üçün lazım olan şərtlərdəndir. Bizim futbolu bilən azarkeşlərimiz də çoxdur. Amma sizin də qeyd etdiyiniz kimi, bizdə hələ azarkeş mentaliteti formalaşmayıb. Nalayiq ifadələr, istefa şüarları və s. Hərə öz boynuna düşən vəzifəni bilməli, yerinə yetirməlidir. Məncə, bu halda biz daha güclü olarıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO