9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Simurq" Gürcüstana gedir

“Simurq” hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, üç günlük istirahətdən sonra oktyabrın 6-da Zaqatalada bir araya gələn "sarı-qaralar" gündə iki dəfə olmaqla məşqə çıxır. Yalnız millinin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak eləmir. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq məşqlərə başlayıb.

Milli komandanın seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi, iki günlük Gürcüstana yollanacaq.

Qonşu ölkənin paytaxtında sabah məşqə çıxacaq Georgi Çixradzenin yetirmələri, oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirəcək. Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran "Simurq", bir günlük istirahətdən sonra isə yenidən çalışmaları davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Simurq”un rəqibi hazırkı turnir cədvəlinin lideri olan "İnter" klubu olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31