Ölkə futbolu
Qurban Qurbanov: “İnter” hər bir cəhətdən “Qarabağ”dan üstündü”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Sabah Avropa Liqasının qrup mərhələsinin II turunda “İnter”lə qarşılaşacaqsınız. Bu oyuna hazırlıqlar necə gedir?
- Demək olar əsas hazırlıqlara Milanda başlamışıq. Bildiyiniz kimi, İtaliyaya bir qədər tez gəlmişik. Hər şey qaydasındadı. Çalışacağıq ki, “İnter” kimi adlı-sanlı komandaya qarşı var-gücümüzlə oynayaq. Hələlik vaxtımız var və matçın hazırlıqları davam etdirilir.
- Milandakı məşqləriniz qapalı olduğundan, media nümayəndələri hazırlığı izləyə bilmədilər. Bununla belə, bizdə olan məlumata görə, məşq etdiyiniz meydançanın durumu yaxşı deyil...
- Həmin stadionda cəmi 1 məşq keçmişik. Milana səfər vaxtı “Yuventus” da daxil olmaqla, bütün klublar hazırlıqlarını həmin məkanda keçirirlər. Süni və təbii örtüklü meydançalar var. Şəraitdən narazı deyilik. Hər şey normaldı. Bu gün isə məşqimizi əsas stadionda - “Cuzeppe Maetsa”da keçəcəyik.
- Çumbinyo və Danilo Diasın “İnter”ə qarşı forma geyinməyəcəyi öncədən bilinirdi. Rəşad Sadıqov isə zədə ucbatından heç milli komandanın İtaliya və Xorvatiya ilə seçmə mərhələ görüşlərinə də çağırılmadı. Kapitanın durumu nə yerdədi?
- Rəşadın zədəsi o qədər də ciddi deyil. Dünəndən etibarən komandaya qoşulub, əsasən fərdi qaydada məşqlər edir. Ümumilikdə, onun durumu yaxşılığa doğru gedir.
- Danilo ilə Çumbinyonun uzun müddətə sıradan çıxmasını ciddi itki sayırınız, yoxsa “Qarabağ”ın 1-2 futbolçudan ibarət olmadığını düşünürsünüz?
- Əvvəllər də demişəm ki, hər hansı heyət üzvünün zədələnməsi az da olsa problem yaradır. Nə qədər də olmasalar, onlar əsas heyətin üzvləridirlər. Bəlkə də Dias çox oynamasa da, Çumbinyo əksər görüşlərdə 90 dəqiqə meydanda olur. Onun olmamağı xüsusən belə oyunlarda bizə hər hansısa problem yaşada bilər. Amma bu məsələni böyütsək və ya onların olmamasının bizə problem yaratmayacağını düşünsək, bu amillər bizə maneçilik yaradar. Bəlkə də onlar hazırda bizdən çox narahatdırlar ki, komandaya kömək edə bilmirlər. Çalışacağıq ki, bu 2 futbolçunun yoxluğunu hiss etdirməyək.
- Komandadan fərqli, siz Milana daha tez gəlib, “İnter”in A Seriyasında “Kalyari” ilə matçını canlı izlədiniz. Həmin oyunda nə baş verdi ki, bu matçadək qələbəsi olmayan “Kalyari” “İnter”i 4:1 hesabı ilə məğlub etdi?
- “İnter” çox sıx qrafikdə oynayır. Avroliqa ilə yanaşı, İtaliya çempionatında 3 gündən bir oyuna çıxır. Həmin matça gəlincə, hər şey “İnter”in qırmızı vərəqə almasından sonra dəyişdi. 1:0 qalib gəlməsinə baxmayaraq, 28-ci dəqiqədə azlıqda qaldıqdan sonra qonaqlar üstünlüyə yiyələndilər. Həmin qırmızı vərəqəyə görə təyin olunan cərimə zərbəsindən sonra qol buraxdılar ki, bu, artıq komandaya ikiqat ağır zərbə idi. Bu amil mənim də ziyanıma işlədi. Çünki sonradan “İnter”in əsl oyun sistemini görə bilmədim. Amma bu, 7:0, 5:0, 5:1 hesabları ilə qalib gələn “İnter”dir. Bu hesab bizi aldatmamalı və arxayınlaşdırmamalıdı. Əksinə, rəqibə daha da ciddi yanaşmalıyıq. Bu məğlubiyyətədək onların bizim haqqımızda məlumatları yox idi. Amma avrokuboklarda keçirdiyimiz 3 oyunumuza baxıblar və klub prezidenti, baş məşqçi və futbolçular bizi yaxşı təhlil etdiklərinə dair açıqlamalar da veriblər. Hiss olunur ki, onlar bu matça çox ciddi yanaşırlar. Bu, hardasa bizim xeyrimizə olmaya bilər.
- “İnter”in “Qarabağ”la matçda əsas üstün cəhəti nədir?
- “İnter” fərqli üslubda - 3-5-2 sistemində oynayır. Bu da bizə tanış olmayan sistemdi. Düzdür, Bakı “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze də bu sistemə üstünlük verir. Ancaq “İnter”lər tam fərqli oynayırlar. Bizi narahat edən budu. “İnter”in futbolçuları kiçik görünən vəziyyətdən qol epizodu yarada bilərlər. Standard vəziyyətlər zamanı təhlükəlidirlər. Boyu 1.85 metrə çatan futbolçuları belə vəziyyətlərdə başla qapımıza təhlükə yarada bilərlər. Amma rəqibin bu üstün cəhətlərini aradan qaldırmaq yönündə hazırlıqlarımız gedir.
- Yəqin ki, hərdən “Bakıya bu hesabla qayıtsaq, daha yaxşı olar” deyə düşünmüsünüz. Arzuladığınız hesab hansıdı?
- Yox, hesab haqqında düşünmürəm. Sadəcə, futbolçuların hər bir komandaya qarşı necə oynamalı olduğunu başa düşmələrini istəyirəm. Mənim futbolçulardan tələb etdiyim budu. Bizim də Avropa təcrübəmiz çoxalır, fikirlərimiz dəyişir. Onlar rəqib “İnter”di deyə, ondan çəkinməməlidirlər. Düşündüklərimin hamısını sabah nəticədən asılı olmayaraq, meydanda görmək istərdim.
- Amma belə bir reallıq da var ki, bizim azarkeşlər üçün nəticə daha önəmlidi. Üstəlik, çempionatın hesabat turunda 3:1 hesabı ilə məğlub etdiyiniz “Neftçi” 2 il əvvəl Milanda “İnter”ə uduzmamışdı...
- Açığı, bu haqda fikirləşmirəm. Çünki bugündən biz hansısa nəticəni təkrarlaya bilməyəcəyimizi düşünsək, oyunu əvvəldən uduzmuş olarıq. Əksinə, mən son vaxtlar fikir vermişəm ki, azarkeşlərimiz nəticədən çox, baxımlı oyuna üstünlük verir. Çünki “Sent-Etyen”ə qalib gələ bilməməyimizə baxmayaraq, eşidirdim ki, hamı stadiondan razı gedib. Yaxşı oynayanda, istər-istəməz azarkeş də buna qiymət verir. Ola bilər ki, pis oynayıb qalib gələk. Ancaq bunun perspektivi azdı. Əksinə, yaxşı oyunla məğlub olsaq, bilərik ki, qarşıdakı matçlarda qalib gəlmək şanslarımız daha çoxdu. Belə olanda, mən də məğlubiyyətə baxmayaraq, özümü rahat hiss edirəm.
- “Qarabağ”ın Bakıya sərfəli nəticə ilə qayıtması üçün “İnter”dən üstün cəhəti varmı?
- Komandaları yan-yana qoysaq, “İnter” hər bir cəhətdən bizdən üstündü. Buna reallıqla baxmaq lazımdı. Amma son vaxtlar güclü komandalarla oyunlardan topladığımız təcrübəyə əsasən deyə bilərəm ki, artıq “Qarabağ” çətin görüşlərə hazırdı. Biz maksimum şəkildə rəqiblərimizə öz oyun üslublarını göstərməyin qarşısını almağa çalışırıq. Daha çox bunun üzərində hazırlaşırıq.
- “İnter” Avroliqaya dırnaqarası baxa bilər. “Qarabağ” motivasiya baxımından rəqibindən öndə ola bilərmi?
- Biz hər bir oyuna həmişə böyük motivasiya ilə yanaşırıq. Ancaq “İnter” də Avroliqaya ciddi yanaşır. Mən bunu azarkeşlərdən, rəqib düşərgənin açıqlamalarından belə hiss etdim. Onların doğma meydanda böyük hesabla uduzması “İnter” üçün böyük bir zərbədi. Baş məşqçiləri açıqlamasında bildirib ki, oyunçuları yorğundu. Bu, normal haldı. Belə hal mənim də başıma gəlib. Oyundan öncə bilmişəm ki, futbolçular hazır deyil və 1:4, 0:3 uduzmuşuq. Bizdə motivasiya normasında olmalıdı. Həddən çox motivasiya da problem yarada bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO