26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“3 xal bizim üçün çox vacib idi”

“Qarabağ”a uduzduqdan sonra ruh düşkünlüyü vardı. Bununla yanaşı, komandamı oyuna kökləyə bildimsə, sevinirəm”. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sumqayıt”la oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov ilk hissədə bir neçə qol epizodunu qaçırdıqlarını bildirib: “İlk hissədəki 3 qol epizodundan yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya, cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil. Ona görə də əsas heyətdə yer almamışdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib idi. Futbolçular komandaya 60, 70 faiz adaptasiya olublar. Bu oyundan sonra gedəcəyimlə bağlı yayılan məlumatlara şərh verərkən deyim ki, bizim çantamız daim yanımızda olur. Məni dəvət edən rəhbərlik getməyimi istəsə, mən də gedərəm. Amma hələ ki, rəhbərlik mənə belə bir söz deməyib. Qarşıda “İnter”lə oyun var. Biz bu oyuna 3 xal üçün çıxacağıq”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30