8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Atletiko" Bakıda

 

"Bakı' futbol klubunun dəvəti ilə 3 gün ərzində Odlar Yurdunun qonağı olacaq "Atletiko de Madrid" klubunu gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər əliyev adına Hava Limanında yerə enib. Futbolxeber.az-ın məlumatına görə, üzərinə Land of Azerbaijan həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan gözləyib. Ulduz komandanın üzvləri hava limanından məskunlaşdığı Marriot otelinə yollanıblar.

29 aprel tarixinin səhərini şəhər gəzintisinə ayıran ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan avtoqraf party və foto sessiyaya qatılacaqlar. Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" 30 aprel 2013-cü il tarixdə "Bakı" futbol klubunun Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31