Ölkə futbolu
Oğuz Çətin: “Neftçi”nin müdafiə futbolu oynaması bizim üçün daha təhlükəli olar”
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Futbolxeber.az saytına müsahibə verib.
“BU GÜN AZƏRBAYCANDA ƏN FORMADA OLAN KOMANDA “İNTER”Dİ”
- Ardıcıl 3 uğursuz oyundan sonra 4-cü turda “Xəzər Lənkəran” “İnter” üzərində qələbə qazandı. Bu 3 xal sayəsində komanda üzərindəki gərginliyi ata bildi?
- Bunu indi açıqlamaq asan deyil. “İnter”lə oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çox güclü rəqibə qarşı oynayırıq. Əvvəlki matçlarda oyunun hakimiyyəti bizdə olsa da, 5 xal itirdik. Yaxşı oynasaq da, 1 səhv hər şeyi korladı. Şanssızlıq oldu demək istəmirəm. Çünki oyun ərzində səhvlərimiz oldu. Zaqatalada rəqibə qarşı dayanmadan mübarizə aparan, aqressiv bir komandayla qarşılaşdıq. “Simurq”la oyunda əzif oynadığımızı demirəm. Amma nəticə bizim üçün çox pis oldu. “İnter”lə oyunda isə çox istəkliydik. Ümumiyyətlə, “Xəzər Lənkəran” futbol oynamağı bacaran komandadır. Həmin görüşdə də demək olar ki rəqibə heç bir şans vermədik. Oyunçularım aqressiv idilər. Hər zaman futbolçularıma deyirəm ki, nə olur olsun, ən azı rəqib qədər yaxşı oynamalıyıq. Səviyyəmizi də ortaya qoysaq, istəyimizə nail olarıq. Futbolçularımın özünəinam hissini bərpa etməsi üçün “İnter” üzərindəki qələbə çox lazımlı idi. İndi qarşıda “Neftçi” ilə matçımız var. Həmin görüş də ən azı “İnter” qarşılaşması qədər önəmlidir.
- “İnter”lə oyuna “Xəzər Lənkəran” çox istəkli, yaxşı başladı. Hətta oyuna baxdıqca sual yaranırdı: bu komanda əvvəlki oyunlarda necə olub ki, qələbə qazana bilməyib? Amma “Xəzər Lənkəran” həmin gözəgəlimli oyunu sona kimi davam etdirə bilmədi. Güc çatmadı, yoxsa komanda daha çox hesabı qorumaq barədə düşünürdü?
- Yox, mən fasilədə futbolçularıma hesabı qorumaq barədə heç bir göstərmiş vermədim. Sadəcə, tapşırmışdım ki diqqətli olsunlar. Çünki rəqibimiz “İnter” idi. Bu komanda hazırda Azərbaycanın ən formada olan kollektividir. Avroliqada da inamlı təsir bağışlayırdılar. Onlar qitə kuboklarında mübarizə apardıqları üçün hazırlığa daha erkən başlayıblar. Bu da komandanın oyununda özünü biruzə verir. Bundan başqa, “İnter”də əsas heyətin özəyi 3-4 ildir qorunur. Komandanın əla çalışdırıcısı var. Bu cür rəqibə qarşı yox, ümumiyyətlə heç bir komandaya qarşı 90 dəqiqə eyni tempdə oynamaq qeyri-mümkündü.
- Sizcə, çempionatda yaranan fasilə “Xəzər Lənkəran”ın əlehinə işləyəcək?
- Dünyanın hər yerində belədir. Milli komandaya görə çempionatda fasilə yaranır. Yığmaya ən çox hansı klub oyunçu versə, həmin komanda da bu fasilədən daha çox ziyan çəkəcək. Futbolçusunun klubdan ayrı qalmasını heç bir məşqçi istəməz. Çünki onun hansı durumda olduğundan xəbər tuta bilmirsən. Həmçinin yığmaya göndərdiyin oyunçu, geriyə zədəli də dönə bilər. Amma əlimizdən gələn bir şey yoxdu. Dediyim kimi, bu, bütün dünyada belədir. Digər tərəfdən də fasilə düşərgədə qalan futbolçular üçün şansdır.
- Bildiyim qədəri ilə fasilə müddətində yoxlama oyunu keçirmək istəsəniz də, rəqib tapa bilmədiniz...
- Həqiqətən də yoxlama oyunu keçirmək istəyirdik. Amma şərtlər uyğun olmadı. Rəqib tapa bilmədik. Bu səbəbdən də əvəzedici heyətlə üz-üzə gələcəyik. 10-12 günlük fasilə müddətində oyunun keçirilməsi mütləqdir.
“AZƏRBAYCANDAKI ƏN YAXŞI SÜNİ QAZON ZAQATALADADIR”
- “Şərtlər uyğun olmadı” deyərkən nəyi nəzərdə tutursunuz?
- Oynaya biləcəyimiz komandalarla görüşdük. Onlardan bəziləri paytaxtdan kənarda hazırlıq keçir. Bakıdan çıxmaq isə bizə indiki durumda sərf etmir. Bəzi komandalar artıq rəqib tapmışdılar. Süni ot örtüyündə oynamağı isə biz qəbul etmədik.
- Süni ot örtüyündən söz düşmüşkən, Zaqatalada da məhz belə meydançada oynadınız. Məğlubiyyətdə bu amilin rolu oldu?
- Uduzmuşuqsa, süni ot örtüyü bəhanə ola bilməz. Rəqib də eyni şərtlər altında oynayırdı. Amma o da var ki, süni qazon heç vaxt təbii ot örtüyünün yerini verə bilməz. Süni ot örtüyündə oynamaq həqiqətən də çətindir. Onu da vurğulayım ki, digər süni meydançalarla müqayisədə Zaqataladakı qazon əladır. Hətta deyərdim ki, Azərbaycandakı ən yaxşı süni ot örtüyü məhz “Simurq”a məxsusdur.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunun “Xəzər Lənkəran” üçün nə əhəmiyyət kəsb etdiyini yəqin ki, bilirsiniz...
- Əlbəttə. “Neftçi” ilə oyunun “Xəzər Lənkəran” üçün hansı əhəmiyyət kəsb etdiyini çox yaxşı bilirəm. Belə oyunları Türkiyədə çox görmüşəm. “Fənərbaxça” - “Qalatasaray” derbisində bu hissləri yaşamışam. Bilirəm ki, azarkeşlər üçün bu oyun böyük əhəmiyyət kəsb edir. Onların arasında “Çempion olmasan da olar, yetər ki “Neftçi”ni məğlub et” deyənlər var. Türkiyə də belədir. Derbidən öncə həmişə “Çempion olmasaq da olar, yetər ki “Qalatasaray”ı məğlub et” deyilirdi. Azarkeşlərin bu fikrinə hörmət etmək lazımdır. Bu cür ciddi rəqabətin olması yaxşıdır. Yetər ki, hər şey qaydalar çərçivəsində olsun, fair-pleydən kənara çıxılmasın. Biz də “Neftçi” ilə oyuna çox ciddi hazırlaşırıq. Komandam bu oyunda ən yaxşı şəkildə mübarizə aparacaq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik.
“NEFTÇi” AVROLiQADA HƏYƏCANLI OYNAYIRDI”
- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Bu məqam qarşıdakı oyunda “Xəzər Lənkəran”ın lehinədir, yoxsa əlehinə?
- Bunu söyləmək çətindir. Adətən məşqçi dəyişikliyi olanda futbolçular ilk oyuna yüksək motivasiya ilə çıxırlar. Yeni məşqçiyə özlərini göstərmək üçün əllərindən gələni edirlər. Amma bunun əksi də olur. Çünki bəzən yeni gələn məşqçi komandaya uyğunlaşmaq üçün zamana ehtiyac duyur. Sizin dediyiniz kimi, bu bizim lehimizə də ola bilər, əlahimizə də. Mən ümid edirəm ki, hər şey bizim lehimizə olacaq. Ən azından futbolçular elə etməlidirlər ki, oyun istədiyimiz kimi nəticələnsin.
- “Neftçi”nin yeni baş məşqçisi Arif Əsədov daha əvvəl də bu klubda çalışıb. Onun vaxtındakı “Neftçi” daha çox müdafiə futbolu oynayırdı və dəyişiklikdən sonra çoxları düşünür ki, Əsədovun rəhbərlik etdiyi komanda yenə də bu tərzdə oyun sərgiləyəcək. Maraqlıdır, “Xəzər Lənkəran” üçün “Neftçi”nin hücum futbolu oynaması sərfəlidir, ya müdafiə?
- “Neftçi” Avroliqada çox həyəcanlı oynayırdı. Topa nəzarət edib, daim hücuma can atırdılar. Qol vursalar da, müdafidə boşluğa yol verərək qapılarında da qol görürdülər. Amma bu bir həqiqətdir ki, hücumun təməlini müdafiə qurur. Müdafiədə etibarlı oynayan komandanın qurduğu hücum da təhlükəli olur. Əvvəlki “Neftçi”nin oyunu riskli idi. Bu cür komandaya qarşı oynamaq rəqib üçün daha asandı. Amma müdafiə olunan “Neftçi”yə qarşı oynamaq çətin olacaq. Çünki etibarlı müdafiə qursalar, hücumda istəklərinə çata bilərlər. Komandanın heyətində bunu bacaran xeyli sayda futbolçu var. Odur ki, “Neftçi”nin müdafiə futbolu oynaması bizim üçün daha təhlükəli olar.
- İlk 3 turdakı uğursuz oyunlardan sonra hətta istefaya göndəriləcəyinizi deyənlər də var idi. Amma klub rəhbərliyi sizə dəstək oldu. Bu cür durumlarda məşqçi üçün rəhbərliyin dəstəyini hiss etmək nə ifadə edir?
- Gəlin diqqət yetirək. Bu gün Azərbaycanda uğur qazanan klublar hansıdır? “Qarabağ” və “İnter”. Bu 2 klubun baş məşqçisi uzun müddətdir ki komandaya rəhbərlik edir. “Xəzər Lənkəran”a son 2 ildə tanınmış məşqçilər rəhbərlik etdi. Amma böyük uğurlar əldə etmək mümkün olmadı. Baş məşqçi uğursuzluq olanda məsuliyyəti üzərinə götürməlidir. Mən də məsuliyyətdən yayınmıram. Amma hər şeyi də məşqçinin üstünə atmaq lazım deyil. Müqavilə imzaladığımız ilk gündən prezidentimiz Mais Mənsimovun dəstəyini görmüşəm. İlk 3 turdakı uğursuzluqdan sonra o, mənə çox güclü dəstək verdi. Hətta “Simurq”la oyundan sonra bütün iş-gücünü ataraq, bizimlə birgə oldu. Onun komandaya, mənə verdiyi dəstək təqdirəlayiq haldı. Oyunçular da bunu görərkən işlərinə daha məsuliyyətlə yanaşırlar. Komanda xal itirə bilər. Amma əsas odur ki, inam, etibar olsun. İşimizi çətinləşdirmişiksə, bunu yenə də düzəldən biz olacağıq.
“KOLLEKTİVƏ ZİYAN VERƏN FUTBOLÇU MƏNƏ LAZIM DEYİL”
- Ardıcıl 2 hücumçuyla yollarınızı ayırdınız. Əvvəlcə Nildo, daha sonra Mbilla komandadan getdi. Hazırkı heyət qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün yetərlidi?
- Bizim prinsiplərimiz var. “Xəzər Lənkəran”da çıxış edən hər bir futbolçu məsuliyyətini dərk etməlidir. Bunu dərk etməyən, komandaya zərər verən oyunçu, kimliyindən asılı olmayaraq komandadan göndəriləcək. Kollektivə ziyan verən futbolçu mənə lazım deyil. Təbii ki, ardıcıl 2 hücumçunun getməsi, özü də transfer pəncərəsinin sonuna az qalmış, heç də yaxşı hal deyil. Bununla belə, sərəncamımda qalan futbolçulardan vahid kollektiv qurmaqla istəyimizə çatacağımıza inanıram. Qış fasiləsinə kimi hər şey planlaşdırdığımız kimi getsə, boşluqları dolduracağıq. Mən komandama güvənirəm.
- Artıq bir neçə gündür komanda ilə birgə məşqlərə başlayan Sadio Tounkaranın durumu nə yerdərir, onu nə vaxt meydada görə biləcəyik?
- Tounkara komandayla birgə məşq edir. Fiziki durumu heç də pis deyil. Çünki fasilədə də bekar qalmayıb, fərdi şəkildə məşq edib. Bir qədər zamana ehtiyacı var. Mən onu “Neftçi” ilə oyunda meydana buraxmaq istəyirəm. Hər şey istədiyimiz kimi olsa, o, elə “Neftçi” ilə oyunda meydanda olacaq. Həmin matça kimi formaya düşməsə, gələn oyunu gözləməli olacaq.
- Bir ara mətbuatda Vanderson Skuardelli ilə yola getmədiyiniz barədə məlumat yayıldı. Həqiqətənmi onunla aranızda nəsə problem var?
- Komandada ən razı olduğu futbolçular biri, bəlkə də elə birincisi Vandersondu. Məşqlərdə çox çalışır, meydanda istədiyim kimi mübarizə aparır. Onun işinə yanaşmasından çox razıyam. Bu, şaiyədir. Onunla problemim olsaydı, bu gün Vanderson da Mbilla və ya Nildo kimi komandadan gedərdi.
- Yəqin ki, dünən (söhbət dünən olub-red.) U-21 millimizin İsrailə qarşı keçirdiyi oyunu izləmisiniz. Oyunda hesabı açan Ağabala Ramazanov mərkəz hücumçusu kimi mübarizə aparırdı. Halbuki siz onu “İnter”lə oyunda sağ cinahda sınayırdınız. Ramazanovun milli və klubda fərqli-fərqli mövqelərdə oynaması hansısa problem yaratmayacaq?
- Futbolçu millidən çox klubda oyun keçirir. Çempionatda 36 oyunumuz var. Bundan başqa, təxminən 6 oyun da kubokda baş tutur. Bu edir 42. Millidə 1 il ərzində bu qədər oyuna çıxmaq isə qeyri-mümkündür. Mən onun millidə fərqli mövqedə oynamasında problem görmürəm. Bu gün Ağabala oynaya biləcəyi ən yaxşı mövqedə çıxış edir. “İnter”lə oyundakı çıxışından razı qaldım. Amma gələcəkdə bundan da yaxşı çıxış edə bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO