26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Reynaldo sabah başqa ölkədə forma geysə, Azərbaycan millisinə gələcək?”

AFFA Reynaldonun milliləşdirilərək Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın baş katii Elxan Məmmədov bu gün keçirdiyi brifinqdə Reynaldonu Azərbaycan yığmasında görmək istədiklərini qeyd edib: “Reynaldonun Azərbaycan millisində oynamasını biz də istəyirik. Amma bu, bizim istəyimizlə olan məsələ deyil. FİFA-nın qəbul etdiyi qərara əsasən, hansısa futbolçu milliləşdirilmək üçün həmin ölkədə 5 il oynamalıdır. Reynaldo isə Azərbaycanda 1 il 5 aydır çıxış edir. Həmçinin 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdu”.

Məmmədov qeyd edib ki, bu məsələdə istisna hallar da var: “Bununla belə, onun milliləşdirilməsi mümkündür. Çünki FİFA futbolçulara karyeraları ərzində 1 dəfə məxsus olduğu assosiasiyanı dəyişmək imkan verir. Bunun üçün ilk növbədə Reynaldoyla, daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışmalıyıq. Müzakirə olunası məsələ çoxdu. Bu gün Reynaldo “Qarabağ”da çıxış edir. Amma sabah o, başqa ölkədə forma geysə, Azərbaycan millisinə gələcək? Sentyabrın 18-inə kimi Reynaldo ilə görüşüb, bu məsələni müzakirə edəcəyik. Razılıq əldə olunsa, daha sonra FİFA-ya müraciət etməliyik. Bu proses qısa müddətdə həll olunmur. FİFA 3 aydan sonra dab u haqda yekun qərarını açıqlaya bilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30