8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurban Qurbanov: “Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır”

“Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır”. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis rəqibi təbrik edir: “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq, futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31