19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Mais Mənsimov Oğuz Çətinin “Xəzər Lənkəran”dakı gələcək taleyinə aydınlıq gətirdi

“Xəzər Lənkəran” rəhbərliyi baş məşqçi Oğuz Çətinin işindən narazı deyil və türkiyəli mütəxəssis komandadakı fəaliyyətini davam etdirəcək”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi qeyd edib ki, “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov bu gün futbolçularla görüşündə Oğuz Çətinin klubdakı gələcək taleyi ilə bağlı yayılan xəbərlərə son qoyub: “Klub prezidenti qeyd etdi ki, Oğuz Çətin hələ uzun müddət postunda qalacaq. Onun işi rəhbərliyi qane edir. Odur ki, Oğuz Çətinin istefasından söhbət gedə bilməz. Mais Mənsimov görüş zamanı həm futbolçulara, həm də baş məşqçiyə inandığını vurğuladı və onlara qarşıdakı oyunda uğurlar arzuladı”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31