26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

AZAL rəsmisi: “Kordobada hepatit C virusu aşkarlanmadı

AZAL klubu yeni müqavilə bağladığı kolumbiyalı futbolçu Con Kordobada hepatit C virusunun aşkar edilməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, klubun mətbuat katibi Eldəniz Yusifov “Trend”ə açıqlamasında bu barədə yayılan məlumatların əsassız olduğunu bildirib.

O, qeyd edib ki, AZAL klubu iyulun 16-dan 28-dək Türkiyədə təlim-məşq toplanışı keçirib: "Həmin toplanışa bir çox futbolçular, o cümlədən kolumbiyalı futbolçu Con Kordoba dəvət olunmuşdu. İki oyunda baxışdan keçirildikdən sonra məşqçilər korpusu bu futbolçunu bəyəndi və müqavilə bağlamaq üçün rəhbərliyə öz rəylərini bildirdilər. Biz onların rəyi əsasında bu futbolçu ilə ilkin razılığa gəldik. Həmin vaxt ölkədən kənarda olduğumuz üçün müqavilə bağlaya bilmədik. Bakıya gələndən sonra isə, həmişə olduğu kimi, tələblərə uyğun olaraq, həmin futbolçunu tibbi müayinəyə göndərdik".

E.Yusifov deyib ki, iyulun 30-da həmin futbolçu Mərkəzi Gömrük Hospitalında və Respublika Diaqnostika Mərkəzində dərinləşdirilmiş tibbi müayinədən keçib: "Respublika Diaqnostika Mərkəzinin verdiyi rəyə əsasən, Con Kordobada hepatit C ilə bağlı ilkin olaraq şübhəli nəticələr çıxdı və bunun tam sübut olunması üçün biz onu yenidən xüsusi analiz metodu ilə tibbi müayinədən keçirdik. Təqribən bir həftədən sonra biz ikinci cavabı aldıq və cavabdan bəlli oldu ki, Con Kordobada hepatit C virusu aşkarlanmayıb və onun səhhətində idmanla məşğul olmağa maneçilik törədən heç bir əsas yoxdur".

Mətbuat katibi qeyd edib ki, həmin tibbi rəylər əsasında C.Kordoba ilə müqavilə rəsimləşdirilib.

E.Yusifov vurğulayıb ki, 2005-ci ildən etibarən AZAL klubu güclülər dəstəsində oynayır: "Biz öz işimizi peşəkar şəkildə qurmuşuq və futbolçuları bütün peşəkar qaydalara əməl edərək transfer etmişik. AZAL klubu heç bir başqa məqsəd güdmədən, həmişə peşəkar qaydalar əsasında futbolçularla müqavilə bağlayıb, bütün prosedur qaydalara əməl edib və futbolçuların sağlamlığına xüsusi diqqət yetirib".

O, jurnalistləri bu cür məsələlərdə dəqiqliyə əməl etməyə çağırıb: "Özləri qeyri-peşəkar olan jurnalistlər peşəkar adım atan klubları ittiham etməsinlər. Biz bunu AZAL Peşəkar Futbol Klubuna qarşı ədalətsiz və qeyri-obyektiv mövqe kimi qiymətləndiririk. Kim bu məsələni araşdırmaq istəyirsə, biz hazırıq. Bütün tibbi sənədlər əlimizdədir və futbolçu özü də fikrini bildirə bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30