27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elçin Məmmədov: “Vaxtım olsa, böyük futbolda da oyun idarə edəcəm” EKSKLÜZİV

“Yenidən Premyer Liqa oyunlarını idarə edəcəyim haqda yayılan xəbərlər düzgün deyil. Çünki mənim hakimlik etməyə vaxtım yoxdu”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri sabiq FİFA referisi Elçin Məmmədov yenidən Premyer Liqa oyunlarını idarə edəcəyi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Elçin Məmmədov öz istəyi ilə Premyer Liqadan getdiyini növbəti dəfə vurğulayıb: “Mənim vaxtım olsaydı, Premyer Liqadan getməzdim. Elə indi də hakimlikdəyəm. Vaxtım olanda futzal oyunlarını idarə edirəm. Vaxtım olsa, böyük futbolda da oyun idarə edəcəm. Bunu heç kim mənə qadağan etməyib. Sadəcə olaraq, işlərimin çoxluğuyla əlaqədar ərizə yazmışam”.

“Konkret olaraq, sizi noyabrda yenidən Premyer Liqa oyunlarında görə biləcəyik, ya yox” sualını E.Məmmədov belə cavablandırıb: “Taleyi biz seçmirik, Allah verən taleynən yaşayırıq. Sizin sualınızın cavabını da dəqiq olaraq Tanrı bilir”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30