19 Avqust 2019, Bazar ertəsi
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı

Ölkə futbolu

“Qəbələ”nin müdafiəçisi: “İlk qələbəmizi qazanmaq üçün mübarizə aparacağıq”

Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın heyətində ən çox oyun keçirən futbolçulardan biri olan Ürfan Abbasov oyun haqda fikirlərini gabalafc.az-la bölüşüb. Gənc müdafiəçi  açıqlamasında qələbə üçün meydana çıxacaqlarını bildirib: “Mövsümün startı bir az uğursuz oldu. Ola bilər ki, komanda istənilən səviyyədə uyğunlaşmamışdı. Çox adi, bizə yaraşmayan səhvlər buraxdıq. Erkən qollar buraxdıqdan sonra oyunda da dönüş yarada bilmədik. Artıq ikinci oyuna hazırlaşırıq. Qarşılaşmanın keçiriləcəyi günü gözləyirik. “Araz-Naxçıvan” yaxşı komandadır. Premyer Liqada ilk mövsümləri olsa da, futbolçularını tanıyırıq. Əsasən gənclərdən təşkil olunan komandadır. Amma bizə arxayınlaşmaq olmaz. Rəqibimiz ilk turda “Neftçi”yə qalib gəlib. Çempionatda ilk qələbəmizi qazanmaq üçün mübarizə aparacağıq. Doğma meydanda oynayırıq və azarkeşlərimizi qələbə ilə sevindirməyə çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31