10 May 2024, Cümə
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı

Ölkə futbolu

Şəhriyar Əliyev: “Bakı”nın yox, “Qarabağ”ın yetirməsiyəm”

“Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Şəhriyar Əliyev deyib.

Gənc müdafiəçi Ağdam klubunun rəsmi saytına verdiyi açıqlamada “Bakı”nın yetirməsi olduğunu qəbul etməyib: “Mən 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. Akademiyanın yetirməsi sayılmaq üçün isə gərək 17 yaşdan aşağı olanda bura gəlsəydim. Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31