27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Azersundan Qarabağın adını daşıyan kluba sponsor, Abdulbari müəllimdən də başqan olmaz”

Tanınmış jurnalist Anar Şabanoğlu “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, hələ “Zalsburq”la Bakıdakı ilk oyundan öncə “Qarabağ” Avstriya çempionunu mübarizədən kənarlaşdıracağı halda, başını keçəl qırxdıracağına söz verən Şabanoğlu, feysbuk sosial şəbəkəsində bunları yazıb:

- Keçəllədəsi olmadım... Abdulbari müəllim də çətin istefa verə. Yazı yazmaq olar, amma mənası yoxdu. Sadəcə burdan deyirəm, hamı eşitsin. Azersundan Qarabağın adını daşıyan kluba sponsor, Abdulbari müəllimdən də başqan olmaz! Gedin, özünüzə uyğun balaca bir klub tapin! Qarabağ adı sizə yaraşmır!!! Heç olmasa, Raufu qaytaraydız. Heç olmasa Kamranı, Ruslanı və başqa az-çox qabiliyyəti olan yerli futbolçuları və 1-2 babat legioner alardız... Qurban Qurbanov Allah deyil ki, Vüqar Nadirovla, Namiq Yusifovla, İlqar Qurbanovla, Bədavi Hüseynovla, İbrahim Şehiçlə - təqaüdlük adamlarla Çempionlar Liqasının qrupuna düşsün! Öncədən bəlliydi ki, sonu rəzalət olar bu heyətin... Nə isə. Artıq gecdi, tarixi geri qaytarmaq mümkünsüzdü. Avroliqaya düşmək üçün az da olsa, şans qalsın deyə hər iki oyunda biabırçı səhvlər buraxan Şehiç, İlqar və Vüqarın yerinə Fərhad, Çumbinyo və Muarem oynamalıdı - kasıbın olanından. Ehtiyatdakı oyunçulardansa, Qurban Qurbanov, Zaur Tağızadə, Elçin Rəhmanov, Müşfiq Hüseynov sifariş ərizəsinə salınsa, fors-major vəziyyətlərdə komandaya daha çox xeyir verə bilərlər.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30