27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Gürcü nazir: “Bakıda baş verən insident planlaşdırılmış və qəsdlə törədilən təxribatdır”

“Bakıda baş verən insident əvvəlcədən planlaşdırılmış və qəsdən törədilən təxribatdır”. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili Bakıda “Çixura” və “Neftçi” futbol komandaları arasında keçirilən oyun zamanı baş verən insidentə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, baş verən insident vaxt itirmədən araşdırılmalı, kimin və nə üçün bu təxribatı törətdiyi bilinməlidir: “Bu insident əvvəlcədən planlaşdırılmış və məqsədli təxribatdır. Bu hadisəyə mən sərt qiymət verirəm. Bizim qonşularla mehriban münasibətlərimiz var. Biz onların ərazi bütövlüyünü dəstəkləyirik, həmçinin onlar da bizim ərazimizin bütövlüyünü dəstəkləyirlər. Buna görə də Gürcüstan hökuməti və şəxsən mən futbol azarkeşlərinin bu hərəkətini qınayır və bildiririk ki, bu insidentin kim tərəfindən törədildiyini araşdırmaq üçün dərhal istintaq başlanılmalıdır”.

Dövlət naziri baş verənlərin Gürcüstan cəmiyyətinin və dövlətinin ümumi maraqlarına uyğun gəlmədiyini bildirib.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30