26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Minimal hesablı qələbə və ya heç-heçə...”

“Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. Yaxşı oyunçular cəlb ediblər komandaya, yerli və gənc məşqçi vəzifəyə gəlib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular, Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardır. Hər biri keyfiyyətli futbolçulardır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Malta çempionu “Valletta”ya qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Klubun rəsmi saytına verdiyi açıqlamada Qurbanov rəqibin asan olması fikrini qəbul etmədiyini bildirib: “Keçən il Avropa liqasında yaxşı təcrübə qazanmış bir komandadır. Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdir, lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Və ardınca da çalışacağıq ki, oyunun kontrolunu ələ alaq”.

Nəticə barəsində verilən sualı Qurban Qurbanov, “minimal hesablı qələbə və ya bərabərlik hesab edirəm ki, pis nəticə olmaz” deyə cavablandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30