26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Gedin, Ronaldonun əlindən öpün...

Dünya çempionatı başlayandan bizdə yeni ağıl dəryaları ortaya çıxıb. Məsələn, birisi yatıb yuxuda nə görübsə, mundial başlayandan danışır ki, Azərbaycan futbolu dura-dura dünya çempionatı xəbərıni saytda baş yazı kimi vermək ayıbdır. Və bu başın da yiyəsi baş redaktordur...

İşin ən gülməli tərəfi odur ki, Azərbaycanın olmayan futbolunun aşiqləri təkcə belə kütbeyinlərlə bitmir. Futbolumuza manyakcasına bağlanan başqa bir qrup da var: ABŞ millisinə azarkeşlik edirlər ki... orada Azərbaycan millisinin baş məşqçisi Berti Foqts məsləhətçi kimi çalışır. Və ABŞ Qanaya 2:1 hesabı ilə qalib gəldiyi üçün Foqtsa görə bir-birini təbrik edənlərə də rast gəlinir.

Türkiyəli qardaşlarımız demiş, kolay gəlsin.

Foqts bir kənara, biz millimizin özünü də nə vaxtsa dünya çempionatının final mərhələsində görəcəyik: əsrdə bir dəfə, yuxuda da olsa görəcəyik.

İndi isə gələk əsl komandalara, əsl futbolçulara və əsl futbola. Demə, Almaniya ilə oyunda Portuqaliyanın mundial tarixlərində ən acınacaqlı hesabla (0:4) uduzmasının səbəbkarı Kriştiano Ronaldo imiş. Bəli, dünən Ronaldo özünə bənzəmirdi, az qala bütün matçlarda komandasını irəli aparan lider Ronaldo yox idi. Və ona görə də bu gün ciddi müzakirə olunur. Düzdür, Ronaldo mələk deyil, tənqid olunmalıdır.

Amma o, fitə basılacaq qədər alçaq və şərəfsiz bir iş görməyib. Əksinə Eysebio, Rui Koşta, Luiş Fiqu kimi əfsanələrdən sonra Portuqaliya futbolunun nüfuzunu təkbaşına qorumağı bacarıb, günə bu gün də Portuqaliyanı dünya futbolunda layiqincə təmsil edirr.

Və bu gün əgər Portuqaliya mundialda oynayırsa, yerli azarkeşlər Ronaldonu yeri gəlsə, lap çiyinlərinin üzərində gəzdirməlidir.

Çünki bu komanda DÇ-2014-ə Pepe kimi özündənrazı, dikbaş, komandasını ən mühim anda ağır vəziyyətdə qoyan oyunçuya görə getməyib.

Bu komandaya mundiala vəsiqəni Pepe kimilərinin qulağını burmaq yerinə ona təsəlli verən Paulu Bentu da qazandırmayıb.

Portuqaliyanı Braziliyaya Ronaldo gətirib! Cəmi yeddi ay əvvəl Portuqaliya həmin Ronaldonun liderliyi və başqasının yox, məhz onun vurduğu qollar sayəsində pley-off-da İsveçi mübarizədən kənarlaşdırıb mundialda oynamaq hüququ əldə edib.

Hərçənd, bir futbolçunun bu cür fədakarlığının üstündən bir göz qırpımında xətt çəkildiyi dövrdə yaşayırıq biz.

Bəli, Ronaldo almanlara qarşı istədiyi kimi oynaya bilmədi. Çünki onu oynamağa qoymadılar. Gəlin, Almaniyaya, baş məşqçi Yoahim Lövə haqsızlıq etməyək. Ronaldonu zərərsizləşdirməklə Portuqaliyanın bütün oyun sistemini pozdu, əl-qolunu açmağa imkan vermədi. Amma axı, Portuqaliyada Ronaldodan başqa meydanda Pepe qovulana qədər daha on futbolçu var idi. Onlar meydanda nə edirdilər?

Bentu oyunu xilas edə bilərdi, axı...

Əgər böyük məşqçi olsaydı. Əgər Pepe kimilərinin ipini vaxtında alsaydı. Əgər zamanında komandasında lazımi dəmir intizamı yarada bilsəydi. Və nəhayət, millidə işlədiyi bu neçə ildə əsl komanda yaratsaydı... O zaman əmin olun, hesab 0:4 olmayacaqdı, ən azı başqa bir oyunu görəcəkdik və bəlkə də indi Portuqaliyanın qələbəsindən danışacaqdıq.

O zaman Ronaldo fitə də basılmayacaqdı.

Amma Ronaldonu - Portuqaliyanın milli qəhrəmanı səviyyəsində olan Ronaldonu fitə basır portuqaliyalılar. Əllərindən öpməli olduqları futbolçunu fitə basırlar.

Bentu isə “məğlubiyyətimizdə Ronaldodan daha çox hakim günahkardır” deməklə uğursuzluğa görə məsuliyyəti həm də kapitanlarının üzərinə atır. Bentu kobudluq edib haqlı olaraq qırmızı vərəqə alan Pepeni də müdafiə edir: “Meydandan qovulmamalıydı”.Az qala “məğlubiyyətdə mənim təqsirim yoxdur” - deyir.

Və bütün bunlardan sonra portuqaliyalılar yenə də Ronaldonu söyür.

Aydın BAĞIROV, Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30