19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Qəbələ"nin futbolçusu 6 oyunluq cəzalandırıldı

 


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
17 aprel 2013-cü il U-19 Liqasının “Qəbələ” – AZAL matçının 36-cı dəqiqəsində “Qəbələ” klubunun 96 №-li futbolçusu Vəzir Musayev hakimi təhqir etdiyinə görə və oyundan sonra soyunub-geyinmə otağının qapısını sındırdığı üçün 6 oyunluq cəzalanır(maddə 42.3, maddə 38.3).  “Qəbələ” klubu isə Binə qəsəbə stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
17 aprel 2013-cü il U-19 Liqasının “Sumqayıt” – “Rəvan” matçının 41-ci dəqiqəsində “Sumqayıt” klubunun 12 №-li futbolçusu Orxan Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Xəzər Lənkəran” – AZAL matçının 41-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Anar Babazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın “Sumqayıt” – “Qarabağ” matçının 80+1-ci dəqiqəsində “Qarabağ” klubunun 14 №-li futbolçusu Elnur Mustafayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Neftçi” – “Qəbələ” matçının 35-ci dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Elvin Dəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun 9 №-li futbolçusu Coşqun Süleymanov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Qarabağ” – “Əlincə” matçının 68-ci dəqiqəsində “Əlincə” klubunun 9 №-li futbolçusu Qara Qarayev  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
U-14 Liqasında çıxış edən “Şirvanovka” klubunun futbolçusu Elmar Kərimovun sənədlərinin saxta olması aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 51).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın Gİİ (Xətai) – “Səbail” matçında Gİİ (Xətai) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın AZAL – “Vətən” matçının 22-ci dəqiqəsində “Vətən” klubunun 18 №-li futbolçusu Çingiz Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın “Bakı kəndləri” – “Qarabağ” matçının 12-ci dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu Fəxrəddin Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın “Sahil 319” – “Bakı” matçının 6-cı dəqiqəsində “Sahil 319” klubunun 8 №-li futbolçusu Ədalət Yusifov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31