27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mövsümün ən kobud komandası AZAL-dı

Azərbaycan Premyer Liqasının ötən mövsümündə ən çox qayda pozuntusuna yol verən komanda AZAL-dır. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” orta hesabla hər oyunda 20 dəfə qayda pozuntusuna yol verib ki, bunların da yarısı meydançanın özünə aid hissəsində baş verib. Mövsümdə 102 sarı vərəqə alan AZAL futbolçuları bu göstəricidə ilk pillədə qərarlaşıb.

Oyunboyu ən az qayda pozuntusuna yol verən komandalar isə “Neftçi”, “Sumqayıt” və “İnter”dir – hərəyə orta hesabla 15 dəfə.

“Neftçi” futbolçuları mövsüm ərzində 13 dəfə qırmızı vərəqə alıb. Bu, digər komandalarla müqayisədə ən yüksək göstəricidir. Ölkə çempionu “Qarabağ”ın futbolçuları isə ən aşağı sarı və qırmızı vərəqə göstəricisinə malikdirlər. 61 dəfə sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisinin nümayəndələri mövsüm ərzində bir dənə də olsun qırmızı vərəqə almayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30