27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Gəlin, heç kimi təhqir etməyək”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun "facebook"dakı rəsmi səhifəsində azarkeşlərə müraciət edib. Futbolxeber.az-ın həmin açıqlamanı olduğu kimi təqdim edir:

- Mənim ümumiyyətlə, “facebook” hesabım yoxdu. Bu sosial şəbəkədə nələrin baş verdiyindən xəbərim yoxdu. Nurlan yanıma gəlib “facebook”da baş verənləri göstərdi. Öncəliklə, bütün azarkeşlərimizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Dəstək verən hər kəsə ayrıca minnətdaram. Amma, xahiş edirəm ki, gəlin, heç kimi təhqir etməyək. Bizə təhqir etmək yaraşmaz. Bəli, baş verən olay bağışlanmazdı. Kimsənin kimsəni təhqir etmək hüququ, haqqı yoxdu. Azarkeşlərimizin reaksiyasını da başa düşürəm. Amma qeyd etdiyim kimi, gəlin, təhqirləri yığışdıraq. Hər kəsin qohumu, dostu, tanışı, ailəsi var. Kiminsə təhqir olunmasına heç vaxt istəmərəm. Mənim ailə əxlaqım, tərbiyəm ümumiyyətlə təhqirə qarşıdır. Düzdü, edilən hərəkət bağışlanan deyil. Xüsusilə, ölkənin öndə gedən qəzetində belə bir ifadəyə yolverilməsi üzücü, yolverilməzdi. Amma sizdən xahiş edirəm ki, gəlin təhqirləri yığışdıraq. Ümumiyyətlə, hər kəsi insanı, şəxsiyyətini təhqir etməkdən uzaq durmağa çalışıram. Bir daha hər bir azarkeşə verdiyi dəstəyə görə təşəkkür edir və daha heç kimin təhqir edilməməsini istəyirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30