8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qarabağ” bu dəfə 9 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, 201 klubun adının yer aldığı siyahıya yalnız 1 Azərbaycan təmsilçisi düşüb. Bu, “Qarabağ”dır. Amma Ağdam klubu ötən reytinqlə müqayisədə bu dəfə 9 pillə geriləyib. Hazırda Qurban Qurbanovun komandası 119-cu pillədə qəralaşıb və ağdamlıların aktivində 123 reytinq balı var. Bu göstərici ilə “Qarabağ” “Liverpul”, “Everton”, “Rusenborq”, “Atletik”, “Korintians”. “Panatinaikos”. “Fənərbaxça”, “Anji” və ÇSKA kimi tanınmış klubları geridə qoyub.

Dünya reytinqinə əvvəlki kimi “Bavariya” başçılıq edir. “Real” ikinci, “Atletiko”su isə üçüncüdür. Dünyanın 10 ən güclü klubunun sırasında bu 3 komandayla yanaşı, “Lanus” (Argentina), “Atletiko Nasional” (Kolumbiya), “Barselona”, “Sevilya” (hər ikis İspaniya), “Yuventus” (İtaliya), “Çelsi” (İngiltərə) və “Benfika” (Portuqaliya) yer alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31