26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Draqan Çeran PFL-ə irad tutdu: "Ayıb olsun!"

“Qarabağ”a vurduğum qolun ləğv olunmasından xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran deyib.

Azərbaycan Premyer Liqasının XXXI turunun “Simurq” - “Qarabağ” matçında ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdu. Lakin Peşəkar Futbol Liqası rəsmiləri oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb. Bu üzdən oyunun protokolunda müvafiq dəyişiklik edilib.

Çeran isə bununla razılaşmayıb: “Bu qolu mənim aktivimdən niyə çıxartmalıdırlar ki? Topa ilk toxunan mən olmuşam. Rəqib müdafiəçiyə isə çox cüzi toxunuş var idi. Bəyəm hər kiçik toxunuşa görə qolu müəllifin hesabından silirlər? Ayıb olsun! Belə çıxır ki, Azərbaycanda heç kim qaydaları bilmir. Amma üzülmürəm. Əsas odur ki, biz həmin oyunda qalib gəldik”.

Qeyd edək ki, Draqan Çeranın qolunun silinməsi ilə “Qəbələ”dəki həmyerlisi Daniyel Subotiçdən 1 top geriyə düşmüş oldu. İndi Çeranın aktivində 10 qol var.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30