26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mikel Аlvaro : "Bakı” ilə oyun 3 yox, 6 xal uğrunda idi"

“İnter”in ispaniyalı futbolçusu Mikel Alvaro Premyer Liqanın 31-ci turu çərçivəsində “Bakı”ya qarşı keçiriləcən görüş haqqında danışıb. Futbolxeber.az-ın məlumatına görə, “İnter”İn rəsmi saytına verdiyi açıqlamada ispan futbolçu komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşan görüşü beşə şərh edib: "Bu matç hər iki komanda üçün çox vacib idi. Belə oyunlar 3 yox, 6 xal uğrunda olur. "Bakı" ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbə qazandıq. Son oyunlarda komandamız yaxşı futbol sərgiləyir. Hədəfimiz medalçılar arasında yer almaqdır və bizim bunu etmək üçün yaxşı şanslarımız var. Çempionatda daha 5 tur qalıb və bu görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü yaxşı şəkildə başa çatdırmaq istəyirik".

 Qeyd edək ki, "Bakı" - "İnter" matçında Mikel Alvaro rəqibin qapısından 1 top keçirib. Bu, yarımmüdafiəçinin cari mövsümdə vurduğu sayca 4-cü qolu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30