26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Rəvan”ın tarixində yeni bir səhifə aça bilərik”

“Rəvan”ın idman direktoru Füzuli Əliyev Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı baş tutacaq oyun barədə fikirlərini bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan F.Əliyev qarşılaşmanın "Rəvan” üçün əhəmiyyətinə diqqət çəkib, Azərbaycan kuboku qazanaraq, yeni bir səhifə açmaq istədiklərini bildirib: "Azərbaycan kubokunun yarımfinalında olmaq bizim üçün uğur sayılır. Klub yarandığı gündən bəri belə bir nəticə əldə etməmişdi. Lakin aydın məsələdir ki, bununla qane ola bilmərik. Finala yüksəlmək, həmçinin qalib olmaq şansımız var. Avrokuboka vəsiqə qazanmaqla, klubumuzun tarixində yeni bir səhifə aça bilərik. "Rəvan”, mövsümün əvvəlindəki "Rəvan” deyil. Düzdür, sonuncu turda "Qarabağ”a 1:5 hesabı ilə uduzduq. Ancaq "Xəzər Lənkəran”, AZAL üzərində qələbələrimizi, ölkə kubokunun 1/4 final mərhələsində "Bakı”nı mübarizədən kənarlaşdırmağımız doğru yolda olduğumuzu göstərdi. Artıq bu gün bütün rəqiblər bizimlə hesablaşırlar. Yeni baş məşqçimiz Güvənç Kurtarın işi hiss olunmaqdadır. Əlbəttə, müəyyən çatışmazlıqlar var və biz onları həll etmək üçün çalışırıq. Əminliklə söyləyə bilərəm ki, komandamız növbəti mövsümdə Premyer Liqada da uğurlu çıxış edəcək, mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq. Çünki nəticə əldə etmək üçün rəhbərlik bizə hər cür şərait yaradıb və dəstək olub”.

Klubun idman direktoru rəqib barədə xoş sözlər söyləyib: "Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Təbii ki, rəqibimiz güclü və təqdimata ehtiyacı olmayan komandadır. Onların heyətlə bağlı bəzi problemlərinin olmasını bizim üçün üstünlük saymıram. Çünki "Neftçi”də yaxşı futbolçular cəmləşib, zədəli və ya cəzalıları əvəzləmək üçün əllərində yaxşı material var. Rəqibimizə hörmətlə yanaşırıq. Hər iki komandaya uğurlar arzulayıram. İstəyimiz budur ki, dostluq şəraitində keçən gözəl bir oyun olsun və izləyənlər həzz alsınlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30