26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İbrahim Şehiç 2-ci oldu

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru” seriyası qırılıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan Bosniya və Herseqovinalı 30-cu turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb. 5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə Tyaqo de Souzanın qoluna məyus olub.

Sonuncu dəfə 24-cü turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu. Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”lu Pavel Kapsanı keçən Şehiç yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.

1. Fərhad Vəliyev (“Qarabağ”) - 554

2. İbrahim Şehiç (“Qarabağ”) - 525

3. Pavel Kapsa (“Simurq”) - 505

4. Kamran Ağayev (“Bakı”) - 360

5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) - 335




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30