27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Arşavin qərar qəbul edərkən bilməlidir ki, Lənkəran meqapolis deyil"

"Təbii ki, Azərbaycan çempionatı İngiltərə Premyer Liqası deyil. Amma orada yaxşı büdcəyə malik olan 5-6 klub - "Neftçi", "Bakı", "Qarabağ", "Xəzər Lənkəran", "İnter", "Qəbələ" çempionluq uğrunda mübarizə aparır". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri vaxtı ilə "Simurq"da çalışmış, ötənlərin məşhur futbolçusu Sergey Yuran deyib.

Yuran qeyd edib ki, Azərbaycan çempionatının səviyyəsin onu təəccübləndirib: "Azərbaycan çempionatının səviyyəsi məni sözün yaxşı mənasında təəccübləndirdi. Buna görə böyük məmuniyyətlə yenidən orada çalışaram".

Sergey Yuran Andrey Arşavinin ölkəmizdə çıxış edəcəyi haqda yayılan xəbərlərə də toxunub: "Arşavin məsləhət üçün fikrimi soruşsa, onu yolundan döndərməyə çalışmayacağam. Rusiyada onu daha əldə gəzdirməyəcəklər. Amma orada bütün ölkə hay-küy qaldıracaq: Arşavin gəldi! Əminəm ki, Andrey yenidən insanların sevgisini və hörmətini qazanmaq istəyir. Amma bunu oyunla etmək lazımdı, sıravi bir model kimi yox. Çünki Azərbaycan çempionatına elə-belə gözlə baxmaq olmaz, orada heç kim Arşavinə 1 ayaqla oynamağa imkan verməyəcək".

"Simurq"un çalışdırıcısı Lənkarandan da söz açıb: "Deyəsən, ora İrana yaxın ərazidir. Əla stadion var, azarkeşlər futbolu çox sevirlər. Təbii ki, Lənkəran Moskva, və ya Piter deyil, amma orada insanlar sevimli komandalarına çox yaxşı azarkeşlik edirlər. Arşavin qərar qəbul edərkən bilməlidir ki, Lənkəran meqapolis deyil. Teatr və ya italyan restoranı ilə bağlı orada hər şey qaydasında deyil. Lakin yerli mətbəx çox dadlıdır - kabab, qoyun əti".

Sonda Yuran Qazaxıstandan fərqli olaraq, Azərbaycan futbolunda heç bir maddi problemin olmadığını, əmək haqqının heç vaxt gecikmədiyini qeyd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30