19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Matiya Şpiçiç: “İnter” buna inanır”

“İnter”in xorvat müdafiəçisi Matiya Şpiçiç klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Ötən tur “Rəvan”la oyun demək olar iki çəkdi, lakin buna baxmayaraq “İnter”ə lazım olan nəticəni əldə etmək müyəssər oldu.

- Hava şəraiti gözlənilməz faktordur. Hər iki komanda bazar günü matçına köklənmişdi, lakin pisləşən hava bütün planları pozdu və matç bir günə sonraya təxirə salındı. Bununla belə, uşaqlara oyuna köklənmək və özlərini göstərmək müyəssər oldu.

- Amma sizi belə hava yəqin o qədər də təəccübləndirmədi. Axı siz Rusiyanın ən şimal klublarından birində - Novosibirskin “Sibir” komandasında çıxış etmisiniz.

- Bəli, “Sibir”də oynayanda belə hava şəraitiylə qarşılaşırdıq. Lakin belə küləklə qarı heç zaman görməmişdim, “Rəvan”adək belə havada oynamamışdım.

- Oyunsonrası statistik hesabatlarda sizin adınızı meydançada ən çox məsafə qət etmiş futbolçuların siyahısında demək olar həmişə tapmaq olar.

- Etiraf edim ki, buna böyük diqqət ayırmıram. Meydançaya çıxarkən sadəcə işimi yaxşı yerinə yetirməyi düşünürəm və bu, mənim üçün əsasdı.

- Komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin istifadə etdiyi taktiki sxemdə sizə hücumlarda böyük rol verilir. Belə taktiki sxemə tam uyğunlaşa bilmisiniz?

- Etiraf edirəm ki, belə sxem mənim üçün hətta 4 müdafiəçilə oynamaqdan daha rahatdır. Belə taktika hücumlara daha çox qoşulmağa imkan verir. Məhz buna görə çempionat oyunlarında bir neçə qol vurmaq mənə müyəssər oldu.

- Hazırda komanda turnir cədvəlində 3-cü yeri tutur, lakin qarşıda “İnter”i 8 əsas oyun gözləyir. Sizin nəzərinizcə, “İnter”ə mövsümü özünə lazım olan mövqedə başa vurmaq müyəssər olacaqmı?

- Komanda buna inanır. Hər oyun bizim üçün vacibdir. Xal toplamaq və məqsədə doğru addımlamaq lazımdır. Hər oyuna köklənmək lazımdır, yalnız bu halda avrokuboklara düşə bilərik.

- Ötən il siz “İnter”in heyətində avrokuboklarda debüt etmisiniz. Yəqin daha bir qitəmiqyaslı turnirdə iştirak etmək istəyirsiniz?

 - Avrokuboklar unikal yarışdır. Hər bir futbolçu avrokubok oyunlarında iştirak etmək istəyir. Ümid edirəm ki, bu turnirə düşə biləcəyik. Cari mövsümdə biz yaxşı çıxış edirik və çempionatın nəticələrinə görə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların sırasına düşmək istəyirik.

- Qarşıda komandanı “Simurq”la səfər oyunu gözləyir. Bazar günü keçiriləcək oyun barədə nə deyə bilərsiniz?

- “Simurq” güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Bəli, komandamız yaxşı formadadır, kollektivdə yaxşı atmosfer hökm sürür, bununla belə, anlayırıq ki, bu matç asan olmayacaq. Rəqib doğma tribunalar qarşısında oynayır və onlar bu üstünlükdən istifadə etməyə çalışacaqlar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31