27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Kubokun finalına çıxsaq...”

“Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail olduq, növbəti mərhələyə keçdik. 65-ci dəqiqədən sonrakı əvəzetmələr buna xidmət edirdi. Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini gördük”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, çempionluq şanslarının tükənmədiyini bildirib: “Qol imkanlarından istifadə etsə idik, oyundan qələbə ilə ayrılardıq. Rəşad Sadiqov istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda bizə kömək etməlidir. Bizdə uzunmüddətli istirahət olmur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq, Premyer Liqada zəif komanda yoxdur. Bütün komandalar “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı. Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar eynidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30