27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Kamran Ağayevin “Bakı”dan uzaqlaşdırılmasının əsl səbəbi FUTBOLXEBER.AZ-da

Qış transfer pəncərəsi zamanı Kamran Ağayevin “Bakı”dan uzaqlaşdırılması böyük səs-küyə səbəb oldu. Bu günə kimi mətbuatda Kamranın “Bakı”ya lazım olmaması barədə bir çox səbəblər göstərilir. Amma həqiqətən tam başqadır.

Futbolxeber.az-ın məlumatına görə, Kamranın “Bakı”dan göndərilməsini baş məşqçi Milinko Pantiç yox, klub rəhbərliyi istəyib. Belə ki, 6 ay ərzində Kamranın iki dəfə zədələnməsi, bu səbəbdən də xeyli müddət “Bakı”ya kömək edə bilməməsi klub rəhbərliyinin narazılığın səbəb olub. Özü də Ağayev hər iki halda klubun deyil, millinin düşərgəsində olarkən xəsarət alıb. Yüksəködənişli futbolçunun pul qazandığı “Bakı”da deyil, millidə sıradan çıxması klub rəhbərliyinin ürəyincə olmayıb. Məhz bu səbəbdən də klub rəhbərliyi Kamran Ağayevin transferə çıxarılmasını istəyib.

Baş məşqçi Milinko Pantiç də klub rəhbərliyinin sözü ilə oturub-durduğundan onların bu istəyinə “baş üstə” deyib. Kamranın gedişini də “mənə lazım deyil” bəhanəsi ilə ört-basdır edib.

Bundan başqa, mətbuatda Kamranın “Bakı”da dəfələrlə nizam-intizamı pozduğu barədə xəbərlər yayılırdı. Amma bu, həqiqəti əks etdirmir. Kamran mövsümün əvvəlindən qış fasiləsinə kimi bir dəfə də olsun daxili nizam-intizam qaydalarını (məşqə gecikmək, artıq çəki və s.) pozmayıb. Əvəzində “Bakı”da çıxış edən digər milli üzvləri dəfələrlə daxili intizam qaydalarını pozduqlarına görə Pantiç tərəfindən cərimələniblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30