27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Atletiko”dan “We remember Xocalı” ifadəsi

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın tanıdılması yönündə fəaliyyəti getdikcə daha çox sahələri əhatə edir. Futbolxeber.az-ın məlumatına görə, Hafiz bəyin Madrid “Atletiko”su və “Lans”ın formasına həkk etdirdiyi “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi ölkəmizin həqiqətlərini daha geniş üfüqlərdə tanıtdırmağa imkan verir. Bununla yanaşı, Azərbaycanın tarixən məruz qaldığı faciələr də imkan düşdükcə daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bunun məntiqi nəticəsi kimi, ölkəmizin təbliğinə hər yöndə dəstək verən Madrid “Atletiko”su İspaniya La Liqasında keçirdiyi son oyunda daha bir yeniliyə imza atıb. Belə ki, Dieqo Simeonenin yetirmələrinin Madrid “Real”ı ilə keçirdiyi görüş zamanı (2:2) reklam lövhələrində “We remember Xocalı” (Biz Xocalını unutmadıq) sözləri nümayiş etdirilib. Bununla Madrid təmsilçisi Azərbaycanın dünyadakı haqq səsinə bir daha dəstək vermiş olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30