27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi” və Böyükağa Hacıyevi tutan ah (YAZI)

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarında hamı xal qazandı, “Neftçi”dən başqa. Sumqayıtda autsayder qarşısında çökən “ağ-qaralar” artıq 4 turdur ki, qələbəyə həsrətdir. Son 3 ilin çempionu olan “Neftçi”nin sonuncu dəfə nə vaxt belə duruma düşdüyünü xatırlamıram. Bəs görəsən, nə baş verdi ki, “Neftçi” birdən-birə belə vəziyyətə düşdü?

Əslində, “Neftçi”nin çöküşü birdən-birə baş verməyib. Son zamanlar klubda baş verən proseslər məhz buna doğru gedirdi.

Hər şey Nazim Süleymanovun istefasından sonra başladı. Bilirəm, bu haqda çox yazılıb, çox deyilib. Amma Süleymanovu əbəs yerə xatırlatmadım. Şəxsi fikrimdir ki, “Neftçi” və klubun sabiq və indiki baş məşqçisi, keçmiş müşaviri Böyükağa Hacıyevi məhz Süleymanovun ahı tutub. Yox, Nazim Süleymanov bəziləri kimi kiməsə qarğış etməyib. Amma həyatın qanunudur, istər-istəməz kiməsə qarşı etdiyin yalnış hərəkət(lər) çox keçmədən qarşına çıxır. Allah insanı cəzalandırır. “Neftçi”nin indiki vəziyyətə düşməsi də ilahi ədalətin nəticəsidir.

Hər şey yaxşı başlamışdı. Komanda Antalyada sıradan rəqibləri məğlub etdi və Türkiyə futbolunun nəhəngi - “Fənərbaxça”yla qolsuz bərabərə qaldı. “Neftçi”nin  üzvləri nəticəsi heç bir önəm daşımayan bu oyunda qeydə alınan nəticəni o qədər şişirtdilər ki, burunlarını qaşımaq yaddan çıxdı və özləri-özlərini gözə gətirdilər. Görəsən, Böyükağa Hacıyev Nazim Süleymanovun torbasını tikəndə bilmirdi ki, tanrının qınağına tuş gələcək? Əvvəl “əcnəbi məşqçilərin qənimiyəm” deyən Hacıyevin indi cınqırı da çıxmır. Çünki indi o nəinki Pantiç, Tsxadadze və Dənizli kimi əcnəbilərin komandasını məğlub edir, heç Aqil Məmmədov kimi gənc məşqçinin komandasının da öhdəsindən gələ bilmir.   

“Simurq”la oyunu yada salaq. “Neftçi” ikinci hissədə 3 qol vuraraq, qələbə qazandı. Böyükağa Hacıyev isə mətbuat konfransında o ki var sinəsinə döydü. Hətta Nazim Süleymanova da mesaj göndərdi ki, “Neftçi”nin yeni transferə ehtiyacı yoxdur və komanda bu heyətlə də çempion olmağa qadirdi. Amma iş elə gətirdi ki, 2 tur keçməmiş yeni oyunçuya ehtiyac duymadığını aləmə car çəkən Hacıyev itkilərdən şikayətlənməyə başladı. Görəsən, Hacıyev qış fasiləsində düşünmürdü ki, birdən-birə 3-4 futbolçusu cəzalı duruma düşə bilər? Yeni transferlər məhz belə günlərçün lazımdı, cənab Hacıyev. Oyunçu lazım deyil deyirdiz, indi isə heyətə salmağa oyunçu tapmırsız. Hardadı sizin bəh-bəh dolu danışdığınız gənclər. Udsunlar da, niyə udmurlar “Sumqayıt”ı? “Sumqayıt”la oyunda heç nə edə bilməyən futbolçular və ya komanda “Qarabağ” və “Qəbələ” qarşısında nə edəcək?

“Qəbələ” və “Xəzər Lənkəran”la oyunlarda barmağına sahib çıxa bilməyən Mahir Şükürov da etdiklərinin cəzasını çəkir. AZAL-ın oyununa baxmağa gələn belaruslu menecerə “Nazim Süleymanovun meneceri” adını qoyanda, ya da “Kardosa, Nfor və Platye məşqçini döymək istəyirdilər” deyəndə, bilmirdin belə vəziyyətə düşəcəksən? Elə etdiklərinin qarşılığıdır ki, oyuna meydandan yox, Sadıq Sadıqovun yanından baxırsan.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov fəxrlə əlini Cavid İmamverdiyevin çiyninə qoyaraq “bu gənclər deyildimi “Bakı”nı 10 nəfərlə məğlub edən, səfərdi “İnter”lə bərabərə qalan”. İndi hardasız Tahir bəy, indi niyə danışmırsız?

Üçüncü dövrə başlamışdan öncə “Neftçi” mövsümün sonunda heç ilk “üçlük”də olmayacaq” dedik. Bizə güldülər. Zaman kimin gülüş hədəfi olduğunu göstərir. Yox, uzaqgörən deyilik. Sadəcə olaraq, gözümüzü manat ya dollar tutmayıb. Və ən əsası, ilahi ədalətin olduğuna inanırıq.

Futbolxeber.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30