26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şahin Diniyev millinin rəqiblərini dəyərləndirdi: “Reallıqla barışmaq lazımdır”

“Azərbaycan millisinin bəxtinə yer aldığı 5-ci səbətə uyğun rəqiblər düşüb”. Bunu Lent.az-a futbol üzrə yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.
 
48 yaşlı mütəxəssis millimizin 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini dəyərləndirib: “Hər tsikldə 2 ölkə yığması ilə dişədiş-başabaş vuruşa bilirdik. Bu dəfə isə millimiz Malta ilə eyni qrupa düşüb. Məncə, ilk 2 yer uğrunda İtaliya, Xorvatiya və Norveç mübarizə aparacaq. Bolqarıstan da onlara haradasa, mane olmağa çalışacaq. Çünki bu ölkədə futbol hazırda inkişafdadır. Nə qədər ağır olsa da, qrupun autsayderləri Azərbaycanla Maltadır. Bu iki komanda arasında qrup sonuncusu olmamaq üçün mübarizə gedəcək”.
 
Diniyevin fikrincə, H qrupunda millimizlə birgə yer alan komandaların hamısı çətin rəqiblərdir. Təcrübəli mütəxəssis 2016-cı il Avropa çempionatına vəsiqəni real saymayıb: “Yığmamız evdə daha yaxşı oynaya, hansısa yığmadan xal qopara, maksimum 4-cü yer, minimum 5-ci yer uğrunda Malta ilə başabaş mübarizə apara bilər. Amma hər biri çətin rəqibdir. Hərəsinin öz oyun üslubu var. Texniki cəhətdən güclü Xorvatiya, taktiki cəhətdən güclü İtaliya, atletik cəhətdən güclü Norveç, bunların qarışığından ibarət oyuna üstünlük verən Bolqarıstanla eyni qrupdayıq. Hər tsikldə olduğu yenə hansısa komandanı evdə “ilişdirə” bilərik. Amma Avropa çempionatına vəsiqə qazanmağımız mümkün deyil. Bunu real saymıram. Xəyallarla yox, reallıqla barışmaq lazımdır. Millimiz hələ o dərəcədə formalaşmayıb ki, final mərhələsinə vəsiqə qazansın”.
 
Qeyd edək ki, Şahin Diniyev 2005-ci ilin noyabrından 2007-ci ilin oktyabrınadək Azərbaycan millisinin baş məşqçisi olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30