26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“İnter”i də yenmək əzmindəyik”

“Əvvəlki oyunların ardı olaraq “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur”. Futbolxeber.az-ın məlumatına görə, “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Təcrübəli mütəxəssis sabah Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun haqda danışıb. Pantiç meydana qələbə qazanmaq üçün çıxacaqlarını gizlətməyib:  “İnter” son saniyəyə kimi döyüşən komandadı. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir. Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “böyük oyun”un iştirakçılarının ardından “İnter”i də yenmək əzmindəyik. Sadəcə, son dəqiqəyə qədər döyüşəcəyimizə söz verirəm. Kapitan Rauf Əliyevin meydana çıxmayacağı bizi çox narahat edir. Marius Pena da sabah bizimlə olacaq. Ancaq meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30