9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Basketbol

Azərbaycan millisinin baş məşqçisi: "Komandamızın səviyyəsini gördük"

"Komandamızın səviyyəsini gördük".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
 
Mütəxəssis 10 günlük hazırlıq prosesinin bu gün başa çatdığını xatırladıb: "Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq. Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Çox ciddi toplanışı arxada qoyduq".
 
Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb: "Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik. Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31